Almanların səhvini düzəldəcəyik - Roqozin

 

Spektr-RG sistemindəki alman teleskopun Rusiya teleskopu ilə birlikdə yenidən fəaliyyətə başlamasını əmr etdim.

Demokratikmusavat.com xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.

"Siyasi səbəblərdən alman teleskopunu bağlamaq qərarına gələnlərin buna haqqı yox idi. Almanların səhvini düzəldəcəyik və Spektr-RG rəsədxanamızda teleskoplarını açacağıq", - Roqozin bildirib.

O, həmçinin almanların qəbul etdiyi qərardan sonra zərər gördüklərini, onları məhkəməyə verəcəklərini də əlavə edib.

0.18584394454956