“De Byazi oyundan əvvəl də çox danışırdı, indi də”

 

“Düşünürəm ki, oyunun başlanğıcı yaxşı alındı. İlk 25 dəqiqə yaxşı göründü. Təxminən 25-30 dəqiqə sonra ardıcıl top itkilərinə yol verdik və rəqib təşəbbüsü ələ keçirdi, müəyyən təhlükələr yaratdı”.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Moqamed Adiyev Millətlər Liqasının qrup mərhələsində yığmamıza qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: “Düşünürəm ki, ilk yarının sonunu bir az təşəbbüsü əldən verdik. İkinci hissədə çox yaxşı çıxış etdik. Orazovun əvəzlənməsi isə müəyyən qədər öz rolunu oynadı. O, oyunumuzu yüksəltdi. Şanslarımız, qollarımız oldu. Düşünürəm ki, biz ikinci yarını aktivimizə yaza bilərik”.

Adiyev millimizin çalışdırıcısı Canni De Byazinin “Qazaxıstan yığmasının bəxti gətirdi” ifadəsinə belə münasibət bildirib: “Azərbaycan millisinin baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı, indi də. Biz az danışıb daha çox şey etməyə çalışan komandayıq. Buna əlavə edəcəyim heç nə yoxdur”.

0.30708909034729