Kilsə pulsuz ərzaq payladı: 30-dan çox insan həlak oldu

 

Nigeriyanın Rivers əyalətinin paytaxtı Port Harkort şəhərində kilsənin təşkil etdiyi xeyriyyə aksiyası zamanı yaranan izdihamda 30-dan çox adam ölüb.

Demokratikmusavat.com xəbər verir ki, izdiham pulsuz ərzaq yardımı paylanan zaman yaşanıb.

Yaranan sıxlıqda 30-dan çox insan ayaq altında qalaraq ölüb.

Rivers ştatının Polis Departamentindən verilən məlumatda qeyd olunur ki, insidentlə əlaqədar araşdırma aparılır.

0.22776508331299