İraqın şimalında 18 terrorçunu zərərsizləşdirilib

 

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 18 silahlısını zərərsizləşdirib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın 3 rayonunda aprelin 18-dən bu yana davam edən "Pençe-Kilit" əməliyyatı bölgəsində PUA terrorçulara hücum edib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini vurğulayıb.

0.1695499420166