Meymunçiçəyi daha bir ölkəyə çatdı

 

İrlandiyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

Demokratikmusavat.com xəbər verir ki, dünən gecə Səhiyyə Nəzarət Mərkəzinə ölkənin şərqində meymunçiçəyi virusuna ilk yoluxma halı barədə ilk məlumat verilib.

Səhiyyə Mərkəzinin açıqlamasında bildirib ki, meymunçiçəyinə yoluxan kişi xəstəxanaya yerləşdirilməyib.

Hazırda həkimlər xəstə ilə yaxın təmasda olan şəxslərlə təmasdadırlar.

Məlumat üçün qeyd edək ki, İrlandiyanın qonşusu Böyük Britaniyada təkcə ötən gün meymunçiçəyinə 100-dən çox yoluxma halı qeydə alınıb.

0.20000791549683