Moskvaya uçan təyyarə məcburi eniş etdi

 

İstanbuldan Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə hava limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.

Onun sözlərinə görə, hazırda laynerə baxış keçirilir: “Sərnişinlər terminaldadırlar və dayandırılmış reysi davam etdirmək üçün gözləyirlər”.

O, qeyd edib ki, yoxlanışın nə qədər davam edəcəyi daşıyıcıdan asılıdır.

0.23255300521851