Dünya birjalarında neft qiymətləri artıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 0,52 dollar və ya 0,46% artaraq 114,55 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin 1 barelinin qiyməti 0,65 dollar və ya 0,59% artaraq 110,98 dollar təşkil edib.