Mahir Emreli "Legiya"nın bombardiri olub

 

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emreli 2021/2022 mövsümündə Polşa "Legiya"sının bombardiri olub.

Demokratikmusavat.com ın məlumatına görə, 25 yaşlı hücumçu mövsümün ilk yarısında Varşava təmsilçisində 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Çexiyalı forvard Tomaş Pexart isə mövsüm ərzində 10 dəfə fərqlənməyə müvəffəq olub. Təcrübəli oyunçunun aktivində bir məhsuldar ötürmə də var.

Bundan əlavə, Emreli komandanın qola ən çox töhfə verən oyunçularının siyahısında ikinci sırada qərarlaşıb. 12 qolun vurulmasında pay sahibi olan oyunçu yalnız 19 məhsuldar ötürmə və 3 qola imza atan Jozuedən geri qalıb.

Ekstraklasanı 43 xalla 10-cu sırada bitirən "Legiya" cari mövsüm bütün turnirlərdə 72 qol vurub və qapısında 71 qol görüb.

Qeyd edək ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.

0.05301308631897