Slovakiyanın Baş naziri: “Putinin növbəti hədəfi bizik”

 

“Ukrayna uğursuzluğa düçar olarsa, növbəti Slovakiya olacaq... Onlar (Ukrayna – red.) qalib gəlməlidirlər”.

Bunu Slovakiyanın Baş naziri Eduard Heger Davos İqtisadi Forumunda söyləyib.

Avropa İttifaqı üzvlərini tənqid edən Baş nazir onları Rusiya neftinə çox arxalanmaqda günahlandırıb. O, liderləri Rusiya ilə güzəştə getməməyə çağırıb:

“Biz çox uzun müddət öz dəyərlərimizi ucuz qaz və neftə dəyişmişik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb olub. Təcavüzkar müharibə, insanlar ölür. Ukraynalılar dəyərlərimiz üçün qan tökürlər”.

0.23040509223938