Brüssel platformasının uğurları

 

Dövlət başçıları Moskva səfərini gözləmədən əməli addımlar atdılar

Məlum olduğu kimi, Azərbaycan ordusu 44 günlük müharibə nəticəsində Ermənistanın işğal etdiyi torpaqların əsas hissəsini azad etsə , məsələnin siyasi-diplomatik həlli hələ davam etməkdədir. Müharibəni 10 noyabr bəyannaməsi ilə durdurmaga nail olan Rusiya, bu şanslı gedişindən istifadə edərək münaqişənin çözülməsi istiqamətində təşəbbüsü ələ almağı bacardı. Lakin növbəti mərhələdə Moskvanın korporativ maraqları münaqişənin həllində müsbət nəticələrin əldə edilməsinə imkan vermədi. Rusiya öz imzasına belə, hörmət etməyərək, 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirmədi. Bu səbəbdən tərəflərin, əsasən Azərbaycanın problemin həllində Moskvanın moderatorluguna marağı azaldı. Bu dövrdə Rusiya Minsk Qrupunun artıq bir format olaraq sıradan çıxdığını açıq şəkildə bir neçə dəfə bəyan etdi. Çünki Rusiyanın təşəbbüsü ələ aldığı dövürdə Minsk Qrupunun sıradan çıxarılması, həm münaqişənin həllində ABŞ Fransanın oyundankənar vəziyyətə salınması demək idi. Lakin bu ilin əvvəlindən təşəbbüsü Avropanın fərqli formatda ələ alması, tərəflərə səmərəli real moderatorluq təklif etməsi, fərqli mənzərə yaratdı.

Bundan əvvəl prezidentlərin Bürsseldə Avropa İttifaqı prezidentinin vasitəçiliyi ilə keçirilən görüşdə əldə edilən razılasmalardan doğan öhdəliklərin yerinə yetirilməsini Rusiya Ermənistan rəhbərliyinə müxtəlif təzyiqlər etməklə əngəllədi. Buraya erməni Baş nazirin Moskvaya çağırılaraq tənbeh olunmasi, erməni müxalifətinin küçələrə çıxarılması erməni cəmiyyətinə "şirin qoğal" təklif edilməsi daxil edilə bilər. Moskvanın bu fəaliyyəti Brüsseldə Nikol Paşinyanın götürdüyü öhdəliklərə daha iki əlavənin edilməsi ilə nəticələndi: Qarabağa status verilməsi münaqişənin Minsk Qrupu çərçivəsində həll edilməsi. Təbii ki, bu Rusiyanın sifarişi ilə irəli sürülən təkliflər idi. Amma bir məqam maraqlıdır ki, cəmi bir il əvvəl Minsk Qrupunun tarixə çevrildiyini sevinclə bəyan edən Moskva, bu gün onun bərpasına nail olmağın yollarını axtarmaqdadır. Çünki Putin indi anlayır ki, artıq onun özü münaqişənin həllində oyundankənar vəziyyətə salınmaqdadır.

Moskvanın qeyd edilən hərəkətləri növbəti Brüssel görüşünü doğurdu. Bu görüşdə Rusiyanın istəklərinin əksinə olaraq, ümumiyyətlə, bəyanatlarda digər sənədlərdə "Qarabağ" ya "Minsk Qrupu" ifadələri yer almadı. Ermənistan tərəfi açıq şəkildə ifadə etdi ki, onları qaygilandiran, yalnız Azərbaycan ərazisində yaşayan etnik ermənilərin hüquq təhlükəsizliyinin təmin edilməsidir. Buna isə Azərbaycan tərəfi tam şəkildə zəmanət verməyə hazır olduğunu çoxdan bəyan edib.

Artıq görüşün şəhəri günü, Moskvaya səfər etmədən tərəflər öhdəliklərin icrasına başlayıb. Belə ki, həm Azərbaycan prezidenti, həm Ermənistanın Baş naziri sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb. Bu ilin aprel ayında yaradılmalı olan komissiya, görüşdən dərhal sonra yaradıldı - onların qrafikinin ekspertlərinin müəyyənləşdirilməsi prosesi , artıq müzakirə mərhələsindədir.

Sözsüz ki, bugünlərdə Nikol Paşinyani həm gərgin Moskva görüşü gözləyir. Yadınızdıdırsa, Baş nazir keçən görüşdən məğlub ayrılmışdı. Elə bu səbəbdən Azərbaycanın Bürseseldəki beş təklifinə Moskvadan gələn yeddi təkliflə cavab vermişdi. Bəlkə Paşinyan ötən Moskva görüşündəki təklifləri bir eksperement kimi qəbul edib. Amma indi ona aydındır ki, Rusiyanın ona qarşı istifadə edəcəyi yeganə silahı olan müxalifət çox zəifdir. Ən azı müxalifət onu devirəcək gücə malik deyil. Amma ötən Moskva görüşündə bu məsələ onun üçün müəyyən şübhələr doğururdu. Ona görə Paşinyan çəkinmədən Brüsseldən gələn kimi əməli fəaliyyətə başladı.

Müşahidələrimizin ən sevindirici halı da ondan ibarətdir ki, görüşdən sonra prezident İlham Əliyev Putinə deyil, Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı ona Brüsseldə  Avropa İttifaqı Şurasının Prezidenti Ermənistanın Baş naziri ilə keçirdiy görüşi barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini qeyd edib.

Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı tərəflərin razılığa gəldiyini bildirib.

Bu formatda münaqişənin çözülməsindən -nin digər nümayəndələri məmnunluq ifadə etməkdədirlər. Məsələn, Avropa İttifaqının nümayəndəsi Jozep Borrel sözügedən görüş barədə deyib ki, Azərbaycan Ermənistan liderlərinin Brüssel səfərindən şadam. Davamlı sülhə doğru dinamikanı dəstəkləyən konkret addımları görməyə ümid edirəm. regionda sülh sabitlik üçün səylərini davam etdirir.

Artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində iki ölkənin müvafiq sərəncamları əsasında Baş nazirin müavini Şahin Mustafayev Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Tərəflər bu kursu çəkinmədən davam etdirməlidirlər.

0.18988990783691