Yaşadığı qadının keçmiş ərini "lopatka" ilə öldürdü - Məhkəmə

 

Paytaxtda tanışını döyərək ölümünə səbəb olmaqda şübhəli bilinən Əbülfəz Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası mayın 26-na təyin olunub.

Xatıladaq ki, bu il yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 43 yaşlı Ramil Atakişiyevin aldığı xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə məlumat Sabunçu rayon Prokurorluğuna məlumar daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, 29 yaşlı Əbülfərz Məhərrəmov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən hadisədən 5 gün sonra xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvar 19-da axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Natiq
Demokratikmusavat.com

 

0.15514588356018