Mobil telefonlarla bağlı qərar barədə - AÇIQLAMA

 

Nazirlər Kabineti “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv edib.

Demokratikmusavat.com ” xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında qərara aydınlıq gətirib.

"Rüsum ləğv edilməyib.

Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan, Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib.

Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb",- o qeyd edib.

0.05527400970459