Azərbaycanda 3 milyonluq şirkətin sədri dəyişir

 

“Varvara Balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Demokratikmusavat.com ” xəbər verir ki, yığıncaq 24 iyun 2022-ci il saat 11.00-da şirkətin Yevlax rayonun Varvara kəndində yerləşən inzibati binasında baş tutacaq. 

Ümumi yığıncağın gündəliyinə ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması, sədrinin tutduğu vəzifədən azad edilməsi həmin vəzifəyə yeni şəxsin təyin edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, “Varvara Balıq” ASC 2002-ci ildə dövlət qedyiyyatına alınıb və qanuni təmsilçisi Eyyubov Ramil Yaşar oğludur. Şirkətin nizamnamə kapitalı 3,018 mln manatdır.

 

0.22985696792603