Mikayıl Cabbarov Davosda iştirak edir

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumunda iştirak edir.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

“Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qlobal əməkdaşlıq mühiti çərçivəsində yeni çağırışlar, dayanıqlı iqtisadi fəaliyyət, enerji resurslarından səmərəli istifadə və rəqəmsal həllərin tətbiqinin əhəmiyyəti barədə danışdıq. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, yaşıl iqtisadi artım, dayanıqlı infrastruktura investisiyaların təşviqi və qeyri-neft sektorunun inkişafı barədə müzakirə apardıq”, - deyə o, qeyd edib.

0.36469411849976