2 bankın əmlakları satışa çıxarılır

 

İyunun 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atrabank” və “Texnikabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət “Atrabank”a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 58,35 kv.metrlik yaşayış sahəsindən və “Texnikabank”a məxsus Quba rayonu, Aşağı Xuç kəndində yerləşən 2,2639 hektarlıq qeyri-yaşayış sahəsindən gedir.

Əmlaklara müvafiq olaraq 15 min manat və 5,5 min manat qiymət qoyulub.

Xatırladaq ki, hər 2 bankın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarları ilə 2016-cı ildə ləğv edilib.

Qeyd edək ki, “Texnikabank” 1994-cü ildə dövlət qeydiyyatına alınıb. “Atrabank” isə 1992-ci ildə yaradılıb.

0.20610213279724