Bərdədə qohumunu güllələyib öldürən qadın yenidən hakim qarşısında

 

Bərdədə qadın qohumunu odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Nərmin Mehralıyeva Ali Məhkəməyə müraciət edib.

Demokratikmusavat.com xəbər verir ki, onun şikayətinə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası iyunun 22-nə təyin olunub.

Qeyd edək ki, Bərdə rayonu, Mollalı kənd sakini 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızı odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bərdə rayon prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Sevda Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərmin Mehralıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Aparılan istintaq yekunlaşdırıldıqdan sonra cinayət işi məhkəməyə göndərilib.

Nərmin Mehralıyeva Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə maddəsi ilə təqsirli bilinib və 10 il müddətinə azadlıqdan məhrum edilib.

0.27022790908813