Sabahımız olan bugünümüz...

 

Düzənini çoxdan itirmiş dünyanı gözəllik xilas etməyəcək. Çünki gözəlliyin öz  təbii simasını itirdiyi bir zamanda onun həqiqi adını özünə qaytarmaq gərək.

O zaman, bəlkə  dünyanı uşaqlar xilas edəcək?!

Buna ümid etmək istərdik. Çünki yalnız yalnız onlaragələcəyimiz”, “sabahımız s. deyirik.  Deyirik ümid edirik...

 Ümid edək ki, o, sonda deyil, heç vaxt ölməsin. Məhz uşaqlara münasibətdə.

Sabahımızın narahatlığındaykən, bugünümüzdə baş verənlər onları qabaqlayır. sabahı bugünündən asılı dünyamızda narahatlıq birə-beş artır.

Bu narahatlıq da orta ümumtəhsil məktəblərində baş  verən, heç bir kitab-dəftərə sığmayan əməllər barədədir. Hazırda vəziyyət elə bir həddə çatıb ki, artıq sabahın necə olacağı deyil, bu gün vəziyyəti necə düzəltmək düşüncəsindəyik. Çünki orta məktəb şagirdlərinin təhsil ocağına yaraşmayan tərbiyəsi, davranışı s. haqda çoxsaylı narazılıq səsləndirilir. İş o həddə çatıb ki, bir məktəbin rəhbərliyi ayrıca olaraq yuxarı sinif şagirdlərinin bütün valideynləri üçün bugünlərdə geniş bir iclas keçirib. İclasda məktəb daxilində baş verənlər barədə danışılıb, yuxarı sinif şagirdlərinin heç bir çərçivə tanımayan hərəkətləri barədə məlumatlar verilib.

Bəlli olub ki, məhz yuxarı sinif şagirdləri belə hərəkətləri ilə təkcə özlərini deyil, başqa şagirdləri hətta müəllimləri təhlükə qarşısında qoyublar. Dərsdən qaçmağın ağlagəlməz yollarından istifadə edən, sanitar qovşağın müəllimlər üçün olan hissəsində müəllimin başının üstündən atlanaraq pəncərədən qaçan şagirdlər var bu gün orta məktəblərdə.

Bu digər hadisələr barədə təfərrüat açmırıq, lakin elə faktlar var ki, onlar barədə susmaq gələcəyimizi göz görə-görə öldürmək, məhv etmək deməkdir.

Orta məktəblərdə oğlanlardan savayı, hətta qızların da elektron siqaret çəkməsinin qeyd olunduğu tədris ocağındakı vəziyyət tezliklə düzəldilməlidir. Burda isə təkcə rəhbərlik, müəllim heyəti məsuliyyət daşıyıcısı deyil.

Orta məktəblə ailənin sıx əlaqəsindən qaynaqlanmalı olan bu məsələ artıq problem həddindədir. Sinifdəki bir müəllim dərs prosesində neçə-neçə şagirdi bir araya gətirməkdə belə deyək, çarəsiz qalıb. Çünki məsələ şagirdlərə yalnız hansısa fənni tədris etməkdən ibarət deyil. İstənilən ailəni təmsil edən şagird sinifdə özadət-ənənəsini, yaşam tərzini, qabiliyyətini ortaya qoyur. Necə deyərlər, sinif hər kəsinoz qabındakı göstərdiyi, sərgilədiyi bir yerdir ki, orda da vəziyyət birmənalı şəkildə müsbət deyil.

Ailələr, onu təmsil edən valideynlər dediklərimizlə razılaşmaya, bu biabırçı hərəkətləri öz övladlarına yaraşdırmaya, hətta bizə inanmaya da bilər. Amma hər halda, bunun üçün müasir texnikanın imkanları var ki, o da hələlik hadisə formasında valideynlərin nəzərinə çatdırılıb. Hər halda, məxfilik qorunub bu da yenə orta məktəbin təyinatına uyğun olaraq həyata keçirilib.

Lakin birbaşa desək, məktəb - bu təlim-tərbiyə ocağı vaxta qədər tərbiyəsiz şagirdlərin oylağına, meydanına çevriləcək?! Axı orta ümumtəhsil məktəbləri qapalı yalnız seçilmiş şagirdlərin təhsil aldığı bir məkan deyil. Orta məktəb təhsil icbari xarakter daşıyır bütün şagirdlərin müvafiq mərhələni keçməsi mütləqdir. Eyni zamanda, qeyd edilən mənfi hadisələrin icraçısı olan şagirdlərin valideynləri övladları üçün birbaşa məsuliyyət daşımaq məcburiyyətindədirlər. Bəli, birbaşa əvəzolunmaz məsuliyyət daşımaqda!

Onların tərbiyə görüb-götürməmiş övladları digər - həm təhsildə, həm tərbiyədə müsbət göstəriciləri olan şagirdlər üçün pis nümunədirlər. Axı bütün şagirdlər yetkin insan deyil ki?! Onların mənfi təsir dairəsinə düşməməsinə, gördüyünü zamansa tətbiq etməməsinə kim zəmanət verə bilər?!

Əlbəttə, bu dünyada heç kim səhvlərdən xali deyil. Hamımız  səhvlərimizlə öyrənir, ondan nəticə çıxarırıq. Hər kəsin qiyməti   budərsdənəlaolmur.

Lakin məsuliyyət adlı anlayışın yeganə bir qiyməti var ki, onu da birmənalı şəkildə öz övladlarımıza elə tətbiq etməliyik ki, ona verilən qiymətdən kimsə narazı qalmasın.

Nigar Orucova 

0.056071043014526