İnternet asılılığı - inkişafmı, faciəmi?

 

Gələcəyinizi uşaqlarınızı qoruyun

Müasir dünyamız sürətlə inkişaf edir, müxtəlif texonlogiyalar kəşf olunur. Onların istehsalatın hətta həyatımızın bütün sahələrinə tətbiqi isə insanlarda müəyyən dərəcədə həmin texnologiyalardan asılılıq yaradır. Bu da bir sıra elm adamlarını, ələlxüsus da tibb səhəsində çalışınları əndişələndirir. Sirr deyil ki, aşırı texnoloji inkişaf bəşəriyyətin özü üçün belə, müəyyən təhdidlər yaradır. Təbii mühit bir növ texnologiyaların təsiri altına düşür. Təbiətin özü bu prosesin qarşısını almaq iqtidarında deyil bu gün dünyada ən aktual problemlərdən biri , yer kürəsində ekoloji tarazlığın qorunması bərpasıdır. Ekoloji tarazlığın pozulması, texnologiyaların həyatımıza aşırı təsiri isə bizim sağlamlığımıza da öz mənfi təsirini göstərir.

Burada isə əsas yeri İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) tutur, desək yanılmarıq. Bununla belə, hazırda dünyanın hər yerində İKT-nin daha da inkişafına xüsusi diqqət edilir. Bu sahədə öndə olan hamı üçün əlçatan vasitələrdən biri mobil telefondursa, digəri internetdən istifadənin geniş təbliğ olunmasıdır.

Azərbaycan da bu sahədə digərlərindən geridə qalmamağa çalışır. Əgər biz mobil şəbəkə operatorlarının məlumatlarını araşdırsaq, belə bir faktla üzləşəcəyik ki, 10 milyon əhalisi olan Azərbaycanda, ən azı 5 milyon mobil telefon internet istifadəçisi var. Bu səbəbdən yaddan çıxarmamalıyıq ki, həmin telefon istifadəçilərinin telefonlarından eyni zamanda, həm onların yeniyetmə azyaşlı uşaqları da istifadə edir.

Son illər apardığım müşahidələrə söykənərək deyə bilərəm ki, mobil telefondan internetdən yeniyetmələr azyaşlı uşaqlar daha çox istifadə edir, nəinki böyüklər. Bu da istər-istəməz insanları, ələlxüsus da valideynləri müasir texnoloji inkişafın yeniyetmələrin azyaşlıların sağlamlıqlarına təsiri barədə düşünməyə vadar edir. Çünki yeniyetmələri azyaşlıları telefon internet asılılığından qurtarmaq get-gedə daha da çətinləşir. Bir çox hallarda isə valideynlər onların hansı oyunları oynadıqlarının, hansı proqramlardan istifadə etdiklərinin belə, fərqində olmurlar. Bu da öz növbəsində uşaqların telefondan internetdən asılılığının daha da artmasına səbəb olur.

3-5 yaşındakı körpə fidanların müxtəlif oyuncaqlarla, kuklalarla oynamaq əvəzinə, saatlarla telefondan asılı vəziyyətdə qalmaları, istər-istəməz onların sağlamlığına da təsirsiz ötüşmür.

Bu səbəbdən 3-5 yaş arası körpələrin gün ərzində hissə-hissə 2-3 saatdan artıq telefonla vaxt keçirmələrini məhdudlaşdırmaq lazımdır. Amma bu, heç bir halda qadağa şəklində olmamalıdır. Uşaqların gündəlik rejimini elə formalaşdırmaq lazımdır ki, uşaq birdəfəlik anlasın ki, telefon heç asudə vaxtın səmərəli keçirməyin ən yaxşı üsulu deyil. 3-5 yaşındakı uşaqlar həddən ziyadə aktiv olduqlarından onların açıq havada, yaxud evdə daha aktiv oyunlara cəlb etməklə telefon asılılığını nisbətən olsa azaltmaq olar. Bu, həm onların fiziki inkişafı sağlamlığı baxımından faydalı seçim olardı. Burada əsas məsuliyyət yenə valideynlərin üzərinə düşür. Əgər valideynlər uşaqların bütün sorğularına əlində telefon cavab verirlərsə, yaxud uşaq çöldə-bayırda oynamağa icazə istədikdə onun əlinə telefon verib, "get, evdə oyna", deyirsə, demək ki, bu ailədə artıq hamı "internet asılılığı" xəstəliyinə mübtəla olub. Yəni müasir dövrümüzün ən çox yayılan xəstəliklərindən biri , məhz internet asılılığıdır. Təxminən 20-25 il əvvəl bu xəstəlik həyatımıza "serialomaniya" kimi daxil olmuşdursa, indi internet asılılığı kimi daha geniş kütlələri əhatə etməkdədir. Çünki "serialomaniya" xəstəliyinə əsasən işsizlər evdar qadınlar yoluxurdularsa, internet asılılığı, artıq cəmiyyətin bütün üzvləri üçün təhlükəli xarakter alıb. 

Tanınmış həkim-nervopatoloq Qalib Əsədov da mediaya açıqlamasında bu faktı təsdiqləyərək qeyd edir ki, internet asılılığı daha çox göz yorğunluğu, bel baş ağrıları, stress kürək ağrıları, «Facebook» depresiyası kimi xəstəliklərə yol açır. Bundan əlavə internet asılılığı olan yeniyetmələr azyaşlı uşaqlar həm uzun müddət kompüter telefonla baş-başa qaldıqlarından başqaları ilə ünsiyyət qurmaqdan çəkinir, bir çox hallarda isə aşırı aqressiya nümayiş etdirirlər. İnternet asılılığından əziyyət çəkən məktəblilər isə həm dərslərin öyrənilməsində çətinlik çəkirlər. Ümumiyyətlə, beyinləri internet informasiyaları ilə yüklənən uşaqlar belə hesab edirlər ki, onlar məktəbdə öyrədilənlərdən daha çox şey bilirlər oxumaq onlar üçün maraqlı deyil.

Psixoloq Nuranə İsgəndərova da hesab edir ki, uşaqların asudə vaxtları düzgün planlanmadıqda onlar texnologiyalara (kompüter, mobil telefon, planşet, bir sözlə, internetin mövcud olduğu bütün məkanlara) meyl edirlər: "Valideynlər uşaqların asudə vaxtlarını düzgün planlamalıdırlar ki, onlar telefondan kompüterdən asılı vəziyyətə düşməsinlər".  

Son illər ən çox müşahidə olunan mənfi hallardan biri odur ki, bir çox valideynlərin özləri internet asılılığı xəstəliyinə düçar olduqlarından, ümumiyyətlə uşaqların davranışlarına nəzarət edə bilmirlər.

Digər bir səbəb, həm ölkəmizdə bir çox ailələrin sosial durumunun aşağı olmasıdır. Valideynlər bütün vaxtlarını evə çörək pulu qazanmağa sərf etdiklərindən, uşaqlarına lazım olduğu qədər vaxt ayıra bilmirlər. Həmçinin valideyn hiss edir, görür ki, övladı artıq internet asılılığına düçar olub, ancaq ona yardım etmək imkanında deyil. Buna görə , qadağalar yolu ilə uşağını bu asılılıqdan qurtarmağa çalışır. Bu da uşağın stress, depressiya keçirməsiylə müşaiət olunan özünü başqalarından təcrid etmə, özünə qapanma ilə nəticələnir ki, bu da sonradan hətta ciddi faciələrə belə, səbəb ola bilir.

Bu məqamda bir faktı da diqqətinizə çatdırmağı vacib bilirəm ki, belə hallarda uşaqlara psixoloji yardım göstərə biləcək qurumlar Azərbaycanda yox səviyyəsindədir. Olanların da xidmət haqqı o qədər yüksəkdir ki, imkansız ailələrin onlara əli çatmır. İnsanlara təmənnasız psixoloji yardım göstərən qurumlar, yaxud pisixoloqlar yoxdur, bu məmləkətdə, hər kəs ancaq özünü düşünür. Dövlət ən azından belə qurumların yaradılmasına, yaxud da bu istiqamətdə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarına (QHT) ciddi dəstək verməlidir ki, insanlar yaranmış vəziyyətdən çıxış yolu tapa bilsinlər. Azərbaycanda psixoloji xidmətə münasibət birmənalı deyil. Bəlkə , məhz bu səbəbdən psixoloqlar öz xidmətlərini insanlara təklif etməkdən çəkinirlər. Bir çox insanlar hesab edirlər ki, əgər onlar psixoloqlara müraciət etsələr, ətrafdakılar onlara dəli kimi baxacaqlar. Amma bu gün inkişaf etmiş dünya dövlətlərində hətta, ailə psixoloqları institutu formalaşıb artıq. Çünki internetin yaratdığı imkanlar səbəbindən insanlar gün ərzində onlara lazım olduğundan qat-qat artıq informasiya qəbul edirlər ki, bu da son nəticədə onlarda stress, depressiya kimi halların artmasına səbəb olub. Bu halda isə insana yalnız peşəkar psixoloqlar yardım edə bilir. 

Məsələn, üçün insanlar sivilizasiyadan, internetdən, telefondan s. texnoloji proseslərdən yeniliklərdən uzaqda, kənddə, dağlarda bizim düçar olduğumuz xəstəliklərdən şikayətçi deyillər onların heç bir psixoloqa da ehtiyacları olmur?  Çünki o insanlar aşırı informasiyadan uzaqdırlar. Artıq bir sıra alimlər sübut edirlər ki, dünyada internetə çıxışı olan hər bir insan gün ərzində ona lazım olduğundan 10 dəfə artıq informasiyanı öz beynində təhlil etmək zorundadır ki, bu da insanların təkcə fiziki sağlamlığına yox, həm pisixikasına ciddi təsir göstərir.

Son olaraq onu da qeyd edim ki, bugünkü texnoloji inkişaf 10-20 ildən sonra daha fərqli bir formada olacaq o dövrün uşaqları da indikilər-dən çox fərqlənəcəklər. Bu səbəbdən yaponlar artıq 3 yaşından uşaqlarını kompüter texnologiyaları ilə tanış edirlər. Eyni zamanda bu da danılmaz faktdır ki, Yaponiya uzun ömürlü insanların sayına görə dünyada ilk yerlərdən birini tutur.

Onda sual olunur, internet inkişafdır, yoxsa faciəyə gedən yolun başlanğıcı?

Burada dahi Nizaminin bir aforizmi yadam düşür: "Bir həyat mənbəyi olsa da suda, Artıq içiləndə dərd verir o da".

Bütün bunlar son nəticə olaraq onu deməyə əsas verir ki, hər şey öz həddində yaxşıdır. Dinimiz israfçılığı qəbul etmir. İnsan hətta yemək-içməyində belə, israfçılığa yol verməməlidir.

Əgər biz gələcəyimiz olan uşaqlarımızı qorumaq istəyiriksə, onların həyat ritmini düzgün qurmağı bacarmalıyıq. Əks-təqdirdə, inkişafın özünü faciəyə çevirmiş olarıq. Özünüzü gələcəyinizi qoruyun ki, Allah da sizi qorusun!

 Yusif Seyid

 

 

0.34158301353455