Paralel.az " APA-ya istinadən bildirir ki, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 ..."> Paralel.az " APA-ya istinadən bildirir ki, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 ...">

Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? - ARAŞDIRMA

 

Demokratikmusavat.com bildirir ki, son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 bank isə dollarla köçürmələri dayandırıb. 3 bank ("Muğanbank", "Accessbank" və "Yapi Kredi Bank Azərbaycan") vasitəsilə Rusiyadan sürətli pul köçürmələri tamamilə dondurulub.

Ölkədə 9 bank Rusiyadan dollar köçürmələrini, 7 bank isə rubl köçürmələrini manata konvertasiya olunmaqla müştərilərinə təqdim edir. "Bank Respublika" 3500 dollardan, "Bank Avrasiya" isə 2000 dollardan yuxarı köçürmələri manata konvertasiya edir.

"Bank BTB", "Yelo Bank" və "Expressbank"dan isə bildirilib ki, dollarla köçürmələr kassadakı məbləğdən aslı olaraq dollar və ya manata konvertasiya olunmaqla təqdim edilir.

"Azər-Türk Bank"dan isə bildirilib ki, sürətli pul köçürmələri yalnız Şirvan və Naxçıvan filialları üzrə aparılır. Bank Rusiyadan həm dollar, həm rubl üzrə pul köçürmələrini qəbul edir, amma Azərbaycandan Rusiyaya dollar üzrə köçürmələr dayandırılıb.

310225

0.17612290382385