Rusiyanın Ermənistandakı bazasında PARTLAYIŞ  - Ölən var

 

Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut dağlıq ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Ermənistan mətbuatının məlumatına görə, Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.

0.20261693000793