“Mançester Siti” Aqueronun tarixi qoluna heykəl qoydu - VİDEO

 

“Mançester Siti” klubunun “Etihad” stadionunun qarşısında argentinalı futbolçu Serxio Aqueroya heykəl qoyulub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında qeyd olunub.

Futbolçunun heykəli uzun illərdən sonra qazanılmış – 2011-2012-ci illər çempionluğunun 10-cu ildönümü və Aqueronun “93:20” çempionluğu gətirən tarixi qoluna həsr olunub. Stadionun şərq hissəsindəki abidə heykəltəraş Endi Skott tərəfindən hazırlanıb.

Qeyd edək ki, Aquero ilə yanaşı “Etihad” stadionu ətrafında Vinsent Kompani və David Silvaya da heykəl qoyulub.

0.27714705467224