Bakı-Quba yoluna görə Prezidentə minnətdaram – Vahid Əhmədov

 

“Dövlət başçısına dərin minnətdarlığımı bildirirəm ki, Bakı-Quba yolunda mayın 1-dən etibarən bərpa işlərinə başlanılıb və yəqin ki, 1-2 ay ərzində işlər başa çatacaq”

Demokratikmusavat.com xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili Milli Məclisin nümayəndə heyətinin İsveçrəyə səfərinə də diqqət çəkib. Vahid Əhmədov qeyd edib ki, əvvəlki dövrdə İsveçrənin Azərbaycana qarşı münasibəti heç də birmənalı olmasa da, son səfər zamanı bu vəziyyətin dəyişdiyi hiss olunub:

“44 günlük müharibə görünür, Azərbaycanın beynəlxalq aləmdə imicinə müsbət təsir göstərib. Bütün görüşlərdə Azərbayacanda görülən işlərə müsbət münasibətə şahid oldum. Eyni zamanda Prezidentin adını da çox yüksək səviyydə qeyd edərək, onun gördüyü işlərə yüksək qiymət verdilər”.

Mürtəza
Demokratikmusavat.com

0.30573987960815