Türk Dövlətləri Təşkilatı ölkələrinin nazirləri Şamaxıda görüşəcək

 

Mayın 23-24-də Şamaxıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək.

Bu barədə “Demokratikmusavat.com ” TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

İclasda nazirlər turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Həmçinin mayın 26-27-də Bakıda TDT ölkələrinin informasiya və yüksək texnologiyalar nazirlərinin görüşünün keçirilməsi gözlənilir.

0.175696849823