Azərbaycanlı nazirin ABŞ-da bayrağımızla bağlı diqqətsizliyi qalmaqal yaratdı - FOTO

 

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşüb.

İkitərəfli görüş zamanı Anar Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağı qoyulub.

Demokrat.az saytı yazır ki, Azərbaycanın Mədəniyyət Nazirliyi isə həmin görüşdən çəkilmiş fotoları qurumun saytına yerləşdirib, daha sonra isə silib.

Sayt bəzi məqamlara diqqət çəkib:

- Bu görüşü təşkil edənlər Azərbaycan bayrağını tanımayıblar, rənglərini səhv salıblar, bəs Anar Kərimov necə? O da Azərbaycan bayrağını tanımayıb?

- Ümumiyyətlə, Anar Kərimov niyə arxasına baxmayıb ki, hansı ölkənin dövlət bayrağı altında rəsmi görüş keçirir? Öz ölkəsini təmsil edən bir nazirin hədsiz diqqətsizliyi qəbuledilməzdir.

- Görünür ki, bu görüşdən əvvəl Maldiv Respublikasının təmsilçisi də orada görüş keçirib, amma bayrağı dəyişmək yaddan çıxıb. Bu məsələdə də bütün məsuliyyət yenə Anar Kərimovun üzərinə düşür.

- Bu, diplomatik təxribat da ola bilər. Bəs bizim nazir belə təxribatdan nə üçün yayına bilməyib?

309063

0.19780588150024