Şəki Mərkəzi Xəstəxanasının baş həkimi xalqı soyur - şikayət

 

Şəki Mərkəzi Xəstəxanasında rüşvət çarxı çalışır

Şəki rayon Mərkəzi Xəstəxanasında dövlətin qüvvədə olan qanunlarının heç bir hüquqi qüvvəyə malik deyil. Bu xəstəxananın baş həkimin əvəzedicisi Sərxan Musayev və onun əsas pul yığanı, sillə vuranı Knyaz Məmmədov çirkin variantlar hesabına dövlətin Şəki MX-na ayrdığı külli miqdarda pulu mənimsəməklə bütün vətəndaşları narazı salır. Burada qanunları heçə sayaraq dövləti aldadaraq, "hiyləgər fəndlərlə" gün ərzində, günortaya kimi İcbari Tibbi Sığorta və qalan vaxtlarda isə ənənəvi dədə-baba üsullarını həyata keçirməklə vətəndaşlardan rüşvət alırlar.

Şəki Mərkəzi Xəstəxanasında saxta əlillik ilə, həqiqi əlilliyi ayırd edib fərqləndirməyi bacarmayan həkim kollektivi çalışır. Saxta əlillik ilə bağlı təyin edilən dərəcələr üzrə rüşvət rəqəmləri dəyişir. Korrupsiya şəbəkəsinə başçılıq edən baş həkim Sərxan Musayevin rəhbərliyi altında törədilən genişmiqyaslı korrupsiya Şəki rayon Prokurorluğunda ört-basdır etdilir.

Fasebook sosial şəbəkəsi vasitəsilə Baş Prokurora səslənirəm, cənab Kamran Əliyev, tabeliyinizdə olan Şəki rayon Prokurorluğunu Şəki Rayon Mərkəzi Xəstəxanasında tüğyan edən rüşvətxorluğa qarşı mübarizədən çəkinməyə nə vadar edir?! Dövlətin mənafeyinə xidmət etməli olan Şəki şəhər Prokurorluğu rüşvətxorluq faktını araşdırmasını yubatmaqla hansı məqsədə xidmət edir?! Bir sözlə, Şəki Şəhər İcra Hakimiyyətində və Şəki rayon Prokurorluğunda Şəki Mərkəzi xəstəxanasının baş həkimi Sərxan Musayevə niyə himayədarlıq edilir?!

Korrupsioner baş həkim əvəzedicisi Sərxan Musayev Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun onu himayə etdiyini (daydayı) gizlətmir və bu barədə baş həkim aləmə çar çəkir. Qeyd edim ki, Şəki RMX-da maliyyə maxinasiyalarını rahat həyata keçirmək üçün baş həkim əhəmiyyətli və mühüm postlara özünə yaxın adamları yerləşdirib.

İnanıram ki, bu müraciətdən sonra Cənab Prezident və aidiyyatı qurumlar, daşıdığı vəzifəyə layiq olmayan, yetərincə nöqsanları olan Şəki rayon Mərkəzi Xəstəxanasının "ipə-sapa" yatmayan baş həkimini əvəz edən Sərxan Musayev və onun cinayətkar yardımçıları barəsində ciddi ölçü götürüb, Şəki əhalisini rüşvətlə talayan cinayətkarları durduracaqdır.

Abdul Abdullayev

0.15778112411499