Təhsil naziri məktəblərdə pul yığımına yaşıl işıq yandırdı

 

Belə getsə, Emin Əmrullayev orta təhsili də pullu edəcək

Təhsil naziri Emin Əmrullayev Azərbaycanın ümumtəhsil məktəblərində şagirdlərin valideynlərindən pul yığılmasına müsbət yanaşdığını bildirib.

Nazir bildirib ki, maddi imkanı yüksək olan valideynlərin məktəbə könüllü yardım etməsində qəbahət yoxdur.

E. Əmrullayev qeyd edib ki, valideynin məktəbə maddi yardım etməsinin əsas prinsipi könüllülük olmalı və heç bir valideyn məktəbə yatdım etməyə məcbur edilməməlidir.

Nazirin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. İctimai rəy belədir ki, bu vaxtadək məktəb direktorları "valideyn komtəsi"nin vasitəsilə gizli yığıdıqları pulu, nazirin bu sözündən sonra, sinif rəhbərləri və direktorlar pul yığmını qanuni hala salacaqlar. Bu da tədricən ölkədə pulsuz təhsilin yoxa çıxması ilə nəticələnəcək.

Səfurə

0.18155312538147