Ağdam məhkəməsinin hakimi Mahir Niftəliyev hökm çıxaranda nəyə əsaslanır?-şikayət

 

 Ağdam rayonunun dövlət orqanlarında vətəndaşların çox incidilməsi poçtumuza hər gün şikayət məktubları daxil olur, Bu şikayətlərin arasında Ağdam rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin çıxardığı qanunsuz hökm çıxarması barədə şikayət yer alır. Şikayətdə hakimin çıxardığı hökmlərin əksəriyyəti həllini rüşvətlə tapır.

Qeyd edək ki, hələ 2017-ci ildə Məhkəmə Hüquq Şurasının qərarı ilə qanunvericiliyin tələblərini pozduğuna və korrupsiyaya şərait yaradan hallara yol verdiyinə görə Gəncə şəhəri Nizami rayon məhkəməsinin hakimi Mahir Niftəliyevin yol verdiyi qanun pozuntusuna görə, tutduğu vəzifədən azad olunaraq, Ağdam rayon məhkəməsinə hakim təyin olunub.

Ağdamlı şikayətçilərin verdiyi məlumatına görə, hakimin cəzalandırılması üçün Ali Məhkəməyə, Ədliyyə nazirliyinin Məhkəmə-Hüquq Şurasına müraciət ediblər. Lakin onların şikayətlərinə baxılmadığı üçün onlar narazılıq edir və bu narazılığı ictimailəşdirməyi xahiş edirlər.

  Ağdam rayon məhkəməsinin hakimi Mahir Niftəliyevlə əlaqə saxlayıb, şikayətlərə münasibətini öyrənmək istədik, lakin telefona cavab vermədiyinə görə, onunla əlaqə yarada bilmədik.
  Hakimin mövqeyini dinləməyə və ictimailəşdirməyə hazırıq.

       Səfurə

 

0.15721988677979