Qazaxıstanın “Nur Otan” hakim partiyası cümə günü keçirilən növbədənkənar qurultayında ölkənin hazırkı prezidenti Qasım-Jomart Tokayevi sədr seçib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti Twitterdə məlumat yayıb.
“Partiyanın növbədənkənar 21-ci qurultayının qərarı ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayev yekdilliklə Nur Otan Partiyasının sədri seçildi”, - Tokayevin mətbuat xidmətinin yayadığı məlumatda deyilir.
Məlumatda daha sonra deyilir: “Qazaxıstan Respublikasının birinci prezidenti – Elbasy Nursultan Nazarbayev dövlət başçısı Kasım-Jomart Tokayevin “Nur Otan” partiyasının sədri seçilməsi təklifi ilə çıxış edib”.
Mürtəza
Demokratikmusavat.com