Şimali Koreya son raket sınaqlarını təsdiqləyib

 

Demokratikmusavat.com xəbər verir ki, Şimali Koreya iki qanadlı raketi sınaqdan keçirdiyini  və 1800 kilometr məsafədəki hədəflərin müvəffəqiyyətlə vurulduğunu açıqladıqdan sonra sınaqdan keçirilən silahların taktiki idarə olunan raketlər olduğu qeyd edilib: “Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyi dünən həyata keçirilən raket sınağında iki taktiki idarə olunan raketin müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlayıb. Raket sınaqlarını şəxsən müşahidə edən lider Kim Çen Inın son sınaq atışlarına nəzarət edib-etməməsi ilə bağlı məlumat paylaşılmasa da, son raket sınaqlarının zəlzələ səbəbiylə çətin bir prosesdən keçən Şimali Koreyanın keçirdiyi bir vaxta təsadüf etdiyi ifadə edilib”.
Nigar

0.2567880153656