"Tesla"nin səhmləri dəyər itirir

 

Demokratikmusavat.com xəbər verir ki, "Tesla" pandemiya dönəmində zərər çəkməyən, əksinə, satışını və mənfəətini genişləndirən azsaylı ABŞ şirkətlərindən biri idi. "Tesla" dünyanın ən mükəmməl elektromobil istehsalçısıdır. "Tesla"min istehsal etdiyi elektromobillər sürətinə və qənaətçilliyinə görə ənənəvi avtomobillərlə dayanıqlı rəqabət apara bilir. "Tesla" elektromobillərinin yeganə çatışmazlığı onların qiymətlərinin baha olmasıdır.

Son zamanlar isə "Tesla" şirkətinin səhmləri birjada ucuzlaşmağa başlayıb.

Amerikalı sahibkar İlon Mask "Tesla" şirkətinin səhmlərinin qiymətlərinin düşməsi səbəbindən 21 milyard dollardan çox vəsait itirib.

İ.Maskın sərvəti 21,5 milyard dollar və ya 8,84 faiz azalıb. Beləliklə, onun sərvəti hazırda 221,3 milyard dollar təşkil edir.
Akif Nəsirli

0.14883995056152