Həftədə 3 dəfə olmaqla davamlı reyslər həyata keçiriləcək.
“Demokratikmusavat.com ” xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin verdiyi məlumata əsasən yanvarın 24-də İraqın Ərbil şəhərinə, fevralın 2-də isə Ermənistana qarşılıqlı uçuşların başlayacaq.
Açıqlamada Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar zamanı qarşılıqlı uçuşların başlanmasına qərar verildiyi bildirilib.
Pegasus Hava Yollarına Mülki Baş İdarə tərəfindən Sabiha Gökçen-İrəvan marşrutu üzrə həftədə 3 uçuş icazəsi verilib.
Ermənistan tərəfindən isə “Fly One Armenia” şirkətinə də İrəvan-İstanbul marşrutu üzrə həftədə 3 uçuşa icazə verilib.
Razılaşmaya əsasən ilk uçuşlar qarşılıqlı olaraq fevralın 2-də başlayacaq.“Fly One Armenia” təyyarəsi 19.50-də İstanbul hava limanına enəcək və 23.35-də Sabiha Gökçen hava limanından yola düşəcək.
“Anadolujet” isə Qaziantep-Ərbil yanvarın 24-dən etibarən uçuşlara başlayacaq. Qarşılıqlı uçuşlar həftədə 2 gün, bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Mürtəza
Demokratikmusavat.com