Məktəb bazar deyil

 

Pulnan oxuyan, rüşvətxor korrupsioner olacaq

 Hesab edirəm ki, ölkəmizdə repetitorluq ləğv edilməli, orta məktəb müəllimlərinə onların zəhməti müqabidində əmək haqqı verilməlidir. Belə olduğu halda, son zamanlar təhsil sistemində üz-ləşdiyimiz bir çox problemlər aradan qalxacaq.

 Bu gün isə sizinlə pullu təhsilin fəsadlarından danışacağam. Çünki Azərbaycan öz müstəqilliyinə qovuşduğu gündən, özünün neqativ halları ilə hər zaman gündəmi zəbt edən sahələrdən biri , məhz təhsildir. Bunun bir çox obyektiv subyektiv səbəbləri var. Ən əsas səbəb bütün dünyanın, eləcə hazırda müəllimlərin valideynlərin etiraf etdiyi kimi, ən mükəmməl təhsil sistemi olan sovet təhsil sistemindən əl çəkib, dünyada mövcud olan müxtəlif sistemlər arasında vurnuxmağımızdır. Amma, görünən odur ki, bu bizə müsbət heç vermədi.

Əksinə, "Təhsil dövlətin dayağıdır", "Gənclər bizim gələcəyimizdir", "Təhsilə xüsusi diqqət lazımdır",-deyənlərin müəllimlərə 2-ci, 3- dərəcəli peşə sahibləri kimi baxmaları, onlara cüzi əmək haqqı ödəmələri, "pulun çatmır, get soğan becər", "dərsdən sonra get tikintidə fəhlə işlə" kim ritorikaları ilə müəllimi öz peşəsindən iyrənməyə məcbur etdilər. Müxtəlif təhsil sistemləri ilə aparılan eksperementlər isə hələ kiçik çiyinlərini ağır dərs yükü altına verməyə hazır olmayan fidanlarda məktəbə, müəllimlərə qarşı ikrah hissi yaratdı. Bundan döğan çətinlikləri qarşılamağa çalışın valideyinlər isə müəllimləri uşaqlarına təhsil, bilik verdiklərinə görə deyil, yaxşı qiymətlər yazmaq müqabilində mükafatlandırmağa başladılar ki, bu da təhsildə mövcud olan durğunluğu daha da şiddətləndirdi. Artıq müəllimlər, sadəcə imkanlı valideynlərdən mükafat gözləmir, onu hamıdan tələb edirlər. Bu tələbi ödəyə bilməyənlər təbəqələrə bölündü, kasıb olmaq bir növ həqarət kimi qəbul olundu ki, bu da təhsildə yaranan xaosu qaçılmaz etdi. Bütün bu eybəcərliklərdən qurtulmağın yolu kimi, ölkədə pullu təhsilin formalaşdırılmasına başlanıldı. Artıq uşaq bağçalarından tutmuş, ibtidai sinflər daxil olmaqla pullu təhsilin tətbiqinə təşkilinə geniş imkanlar açıldı. Amma heç kim fərqinə varmadı ki, ayda cəmi 500-600 manat gəliri olan ailə bağça, yaxud məktəb üçün ayda 1000-1500 manatı haradan tapacaq. Beləliklə , ölkəmizdə məhz övladının təhsili üçün oğurluq edən, rüşvət alan, korrupsiyaya qurşanan bir məmur toplumu meydana gəldi təhsil bazara çevrildi. Amma  yaddan çıxarmayın ki, bazar iblisin məkanıdır ora düşən bir daha çıxa bilmir. Bir vaxtlar haradasa oxumuşdum ki, bazar cinlərin, şeytanların, iblisin məkanıdır. Onlar insanlarla birgə həmin məkanı daxal olur, bacardığı qədər insanları yoldan azdırır, yalan danışmağa, alıb-aldatmağa sövq edir, onlarla birlikdə məkanı-bazarı tərk edirlər.

Bu gün Azərbaycanda mövcud olan təhsil sistemi , tam olaraq bazarı xatırladır. Kimin pulu var, meydanda onundur, pulu olmayan, oxumaq istəyən gələcəkdə vətəninə, xalqına böyük töhvələr verə biləcək gənclər isə meydandan çıxarılır. Bütün bu pisliklərin isə bir ünvanı var-pul! Azərbaycanda pullu təhsilə rəvac verən insanların, bu pul bazarında hökmdar olan iblisdən heç bir fərqi yoxdur. 

Bir məsələni diqqətinizə çatdırım ki, bu gün Azərbaycandakı pullu təhsil sistemi, bəzi imkanlı insanlar üçün həm güclü investisiya məkanıdır. Onlar öz övladlarını bu bazara uyğunlaşdırmaqla (oxutmaqla) məmur, deputat s. dövlət qulluğunda işləmələrini təmin edir, bu da gələcəkdə onlara dövləti, xalqı talamaq yolu ilə var-dövlət yığmağa imkan verəcək. Bunu anlamaq üçün heç Amerikanı kəşv etməyə ehtiyac yoxdur.

Bu yaxınlarda prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə müsahibəsində qeyd etdi ki, yeni vəzifəyə təyin etdiyi gənc məmurlar da, bir müddət sonra köhnələrinin yolu ilə (rüşvət, korrupsiya, inhisarçılıq, məmur özbaşınalığı, yekəxanalıq Y.S.) gedirlər.

Bax belə, haramnan oxuyan, haramzada olacaq. Heç kim yüz minlərlə vəsait qoyub təhsil aldığı halda, halal maaşa işləməyəcək. Çünki onun təhsili , xəmiri rüşvətlə yoğrulub. Deyək ki, bir məmur, yaxud deputat öz övladının istər Azərbaycanda, istər əcnəbi bir ölkədə milyonlarla xərc çəkib, mükəmməl təhsil almasına imkan yaradıb, burada məqsəd nədir? Məqsəd, övladını məmur, yaxud deputat yapmaqla, ciblərini doldurmaq. Məhz buna görə deyirəm ki, təhsildə pul məsələsini tam olaraq aradan qaldırmaqla həm məktəbin, həm müəllimlərin nüfuz hörmətini qaldırmaq lazımdır. Müəllim öz peşəsinə hörmətlə yanaşmalı, bu hörməti qorumalıdır. Yoxsa ki, dövlətdən (az-çox fərq etməz) maaş aldığı məktəbdə bütün dərs yükünü şagirdlərin-valideynlərin belinə yükləyib, onları repetitor yanına yollamaq heç bir müəllimə başucalığı, hörmət gətirməz. Şagirdin, tələbənin əlindən "hədiyyə", yaxud "zəhmət haqqı" kimi pul alan müəllimin hörməti olar, izzəti. Ona pul verib döyərlər , hələ üstəlik söyərlər . Ümumiyyətlə, dövlətdən maaş alan müəllimlərin repetitorluqla məşğul olmaları qadağan olunmalıdır.

Əsas məsələ təhsildə pul amilini aradan qaldırmaqdır. Azərbaycan elə gözəl, elə imkanlı dövlətdir ki, onun şagirdlərdən, tələbələrdən alınan pula ehtiyacı yoxdur. Bu gün istər pullu təhsil sektorunda, istər dövlət məktəblərində yığılan pullardan dövlətə ya heç çatmır, ya da cüzi bir məbləğ çatır ki, buna da hesab edirəm ki, dövlətimizin ehtiyac yoxdur.

Bu gün dövlətimizin ən böyük ehtiyacı olduğu şey, mükəmməl təhsil almış gənclərdir ki, bu da, ancaq pulsuz təhsil sistemini bərpa etməklə mümkün ola bilər. Ancaq bu gənclər ölkədə rüşvətin, korrupsiyanın qarşısını ala bilər. Əks- təqdirdə, ölkəmizdə rüşvət korrupsiyaya qarşı aparılan mübarizənin heç bir müsbət nəticəsi olmayacaq, necə ki, olmur. Pulla oxuyub, pulla vəzifəyə gələn bu vəzifədə ancaq pul qazaqmaq barədə düşünəcək düşünür .

O ki qaldı müəllimin şagirdə əl qaldırmasına, ona qarşı zorakılığa yol verməsinə, hesab edirəm ki, burada hər iki tərəfin öz günah payı var bunu tam olaraq araşdırmadan heç kimi ittiham etmək düzgün olmazdı. Məlum məsələdir ki, məktəbə gələn uşaq məktəbin nizam-intizam qaydalarına əməl etməlidir. Etmirsə, buna görə mütləq cəza (demirəm ki döyulməli, söyülməlidir, nizamnamədə bu hallar üçün nəzərdə tutulan müəyyən cəzalarla tənbeh olunmalıdır) almalıdır. Çünki cəzasızlıq, daha ağır nəticələrə səbəb ola bilər.

Şagirdin müəllimə əl qaldırması, artıq harınlığın nəticəsidir buna görə, uşaqla yanaşı valideyn məsuliyyət daşımalıdır. Bu kimi halların yaranması da, bir çox hallarda pul adlı iblisin yaratdığı fəsadlardır. Şagird əgər müəllimlə münasibətini pul müstəvisində qurursa, demək ki, müəllim öz peşəsinə xəyanət etmiş, şeytanın güdazına getmişdir. 

Çox təəssüflər olsun ki, müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dəfələrlə müzakirə olunsa da, son nəticəyə gəlinmədi. Məlumdur ki, dövlət qulluqçusuna əl qaldırmaq, cinayət məsuliyyəti yaradır.

Bizim zamanımızda şagirdlər müəlliminə müqəddəs varlıq kimi baxırdı, müəllim bizim üçün dünyaya açılan pəncərə, bilik mənbəyi idi. Müəllimin yanında icazəsiz danışmaq, gülmək belə, böyük qəbahət sayılırdı. Müəllim bizi vursa da, dərsin axırına kimi ayaq üstə saxlasa da (bu o dövrün cəzalandırma üsüllarından biri idi) heç kim gedib evdə bunu dilinə belə gətirmirdi. Çünki valideyinləri tərəfindən cəzalandırıla bilərdi.

Bugün isə vəziyyət tamamilə nəzarətdən çıxıb. Bir çox həllarda valideyin belə, övladı ilə bacarmadığı halda, onu müdafiə edir, bütün ittihamları müəllimə yönəltməklə, özünü övladına yaxşı valideyin kimi təqdim etməyə çalışır. Bu isə uşaqların tərbiyəsində ən yanlış yoldur.

Bir daha qeyd edirəm ki, bütün bu naqisliklərə səbəb, təhsilin bazara çevrilməsidir. Bu bazara isə pul adlanan İblis hökmuranlıq edir.

 

P.S. Bugünlərdə Əməkdar elm xadimi, professor, eks-deputat Şahlar Əsgərovun repetitorluğun dövlət təhsil siyasətinə zidd olduğunu bəyan etməsi , böyük rezonans doğurub müzakirə obyektinə çevrilib. Söylənən rəylər arsında ən çox diqqətimi çəkən təhsiz üzrə ekspert Elçin Əfəndinin "Şahlar Əsgərov Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduğu zaman bu məsələni üçün qaldırmayıb"- sualı oldu. Elçin Əfəndi açıqlamasında bu suala özü cavab verdiyi üçün qoyuram bir kənara. Görün, ekspert özü vəziyyətdən çıxış yolu kimi təklif edir: ölkəmizdə mövcud olan 4432 məktəbin heç olmasa müəyyən hissəsini ödənişli etsinlər. Hörmətli Elçin müəllim, bu heç nəyi dəyişməyəcək, eyni proseslər olduğu kimi davam edəcək. Yuxarıda qeyd etdiyim üçün ətraflı yazmıram, yalnız bir şeyi qeyd etmək istəyirəm ki, məktəb, təhsil adlanan sistemdə pul söhbəti yığışdırılmalıdır. Təhsil üçün hər hansı bir formada valideyinlər tərəfindən ödənişin edilməsinin qarşısı alınmalıdır bu hal rüşvət kimi təsbit olunmalı, cinayət məsuliyyəti daşımalıdırdır, müəllimlər həmçinin.

 Yusif Seyid

Demokratikmusavat.com

0.18915510177612