Fəxqi adlar ləğv olunsun!?

 

Əməkçi insanlara layiq görülməyən adlar mükafatlar

 

Yəqin oxucuların da xəbəri var, indi bir başqa şou-biznes nümayəndəsi tələb, irad, yoxsa xahiş bilmirəm hansını yazım, üsyan edir ki, mənə üçün fəxri ad verilmir? O, iddia edir ki, 17 ildir əməkdar artisdir. 18 yaşıdan bu sənətdə can qoyub, həm estrada, həm xalq mahnılarını oxuyan yeganə müğənnidir. «Əgər əməkdar artist adını verməkdən peşimandırlarsa, onu da geri alsınlar»- bunu da müğənni deyib. Müğənninin dediklərini qoyuram bir kənara, çünki mənim bu məsələyə heç bir qarışacağım yoxdur. Kimsə hesab edirsə ki, həmin müğənnini təbliğ təşviq etməyə çalışıram, o da, səhv edir. Məhz buna görə, adınıda, açıqlamıram.

 

Mənə maraqlı gələn Mədəniyyət Nazirliyi rəsmisinin məsələyə münasibət bildirməsidir. Nazirlik təmsilçisi bəyan edib ki, "Azərbacan Respublikası Prezidentinin14 may 1999-cu il tarixli 130 nömrəli Fərmanla təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adlar haqqında Əsasnaməyə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunmüddətli fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə, Azərbacan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir".

Aydın oldu, amma tam yox, bilmək istərdim ki, "müstəsna xidmətlər" dedikdə hansı kriteriyalar əsas götürülür? Bu suala isə heç kim düz-əməlli cavab vermir.

Məsələn, götürək bizə daha yaxın sahə olan jurnalistikanı. Burada insanlar tanıyıram ki, ən azında ömürlərinin 50-60 ilini bu peşənin ağırlıqlarını öz çiyinlərində daşıyıblar. Amma heç bir fəxri ad, mükafat almayıblar. Ən yaxşı halda onlara xala-xətrin qalmasın bir "Tərəqqi" medalı veriblər, vəssalam! Amma görürsən ki, mətbuata dünən gəlib, düz-əməlli bir yazısını da mətbuatda bir kimsə görməyib, ona böyük təmtaraqla «Əməkdar jurnalist» fəxri adı verirlər. Amma, nədənsə onun bu sahədə göstərdiyi müstəsna xidmətlərindən, bu sahənin inkişafı üçün gördüyü işlərdən heç kim danışmır onlardan heç kimin xəbəri yoxdur. Bu, sadəcə olaraq həmin şəxsin təqdimatını təşkil edənlərin "xidmətidir".

Yaxud da, deyək ki, Fəiq Ağayev, Aygün Kazımova, Brilyant Dadaşova hansı müstəsna xidmətlərinə görə, fəxri adlara layiq görülüblər? Onu da diqqətinizə çatdırım ki, bu şəxslərin heç biri ilə heç bir qərəzim yoxdur, sadəcə misal üçün dedim, alıblar, özləri bilərlər.

Hesab edirəm ki, bügün ölkəmizin onurğa sütunu, onun dayanıqlı iqtisadi, sosial, siyasi inkişafını təmin edən əsas qüvvə əməkçi insanlardır. Müstəqillik qazandığımız gündən eşitməmişəm ki, bir əməkçi insana fəxri ad, orden-medal, yaxud hansısa başqa bir mükafat verilsin. Elə bil bu insanlar heç yoxdurlar, onların əməyi , heç kimə lazım deyil.

Orden-medal alanlar isə məmurlar deputatlardır. Onlara da bu mükafatlar dövlət, xalq qarşısındakı müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə verilir!? Onların müstəsna xidməti odur ki, bu millətə papış tikir, milləti xalqı kim necə bacardı talayır.

Ən maraqlısı odur ki, "Şərəf", "Şöhrət" ordeni alanların böyük bir qismi, bir müddət sonra rüşvət korrupsiya ittihamı ilə həbsə atılır. Buna deyəcəksiniz?

Azərbaycanda «Əmək ordeni» təsis olunanda bir təsəlli tapdım ki, nəhayət adı Əmək olan bu ordeni yəqin əməkçi insanlara verəcəklər. Amma lakin...

Bu ordenin daşıyıcıları deputatlar məmurlar oldular. Demək ki, əməkçi insanların xidməti bu dövlət üçün heç bir əhəmiyyət kəsb etmir.

Heç kim elə düşünməsin ki, mən bəzi "manıs"lar kimi orden, medal davası edirəm. Əsla, buna şansım, adımı həmin siyahıya saldıracaq yüksək rütbəli bir qohumum da yoxdur zatən. Məni maraqlandıran odur ki, bu insanlar üçün ad, medal davası edirlər. Kasıb insanlar olsa başa düşərəm, deyək ki, fəxri adın arxasında duran 100-150 manat pula ehtiyacı var. Amma 100 min manatlıq maşın sürən, 1-2 milyonluq villada yaşayan, bir toydan 5-10-15 min qazandığını iddia edən şou-biznes əhlinin fəxri ad davasını heç cür  anlaya bilmirəm. Buna görə hesab edirəm ki, hökumət hər kəsin öz zəhmətinə görə, əmək haqqı almasını təmin etməli, eyni zamanda bütün fəxri adlar, titullar, orden medalların təqdimatı ləğv edilməlidir. Postsovet məkanı istisna olmaqla dunyanı heç bir yerində bu qədər ad, medalbazlıq yoxdur.  

Yalnız bir istisna mümkündür- Orduda xidmət edən, Dövlətin təhlükəsizliyi uğrunda çalışın heç şübhəsiz ki, insanların asayişini qoruyan dövlət qulluqçuları göstərdikləri xidmətə görə təltif oluna bilərlər.

Heç bir şou-biznes təmsilçisi sadə, zəhmətkeş insandan yüksəkdə dura blməz. Çünki sən böyük səhnələrdə, bahalı paltarlarda, luks şəraitdə çalışırsan bunun müqabilində yaxşı pul alırsan, yaddan çıxarma ki, sənə o şəraiti yaradanlar, sadə, əməkçi insanlardır. Fermer buğda yetişdirməsə, çoban mal-davar bəsləməsə, bənna ev tikməsə, zibildaşıyan öz işindən imtina etsə, görün bu dövlət günə qalar? Dövlətin gücü , qüdrəti ilk növbədə xalqına, onun əməkçi insanlarına bağlıdır. Əməkçi insanlara dəyər verilməyən bir dövlətdə dayanıqlı inkişaf, sabitlik əmin-amanlıq ola bilməz.

Bir daha deyirəm: cəmiyyəti qullara seçilmişlərə bölmək siyasətindən əl çəkin! Zəhmətkeş insanın itirəcək şey, ancaq belindəki yük qolundakı qandallardısa, sizin itirəcəyi çox şeyiniz var cənablar, bunu heç zaman yaddan çıxarmayın! Fəhlə, kəndli qədər ağır çətin olsa da, bunu biruzə vermirsə, bu o demək deyil ki, o hər şeydən razıdır. Acların qiyamı qisası da, səbri qədər güclü olur. Əgər əməkçi insana onun əməyi yaşamaq şansı verirsə, sizə heç bir orden-medal, fəxri ad o şansı verə bilməz.

Azərbaycanda xalqına, dövlətinə müstəsna xidmət göstərən, hər zaman onun inkişafı tərəqqisi üçün çalışan, yalnız əməkçi insanlardır. Onlar isə heç kimdən ad, orden-medal istəmirlər, sadəcə olaraq insan kimi yaşamaq istəyirlər.

Son 15-20 ilin müşahidələri isə onu deməyə əsas verir ki, bu ölkəni dağıdan, talayan, ağır günündə qoyub qaçmağa hazır olanlar, sinəsi orden-medallı məmurlar deputatlardır. Ən yüksək fəxri adları daşıyanlar isə şou əhlidir. Pulun, mal-dövlətin hərisi olanlar isə xalqı, dövləti dövlətçiliyi sevə bilməzlər.

 Yusif Seyid

Demokratikmusavat.com

0.15825200080872