Azad olunmuş torpaqlarımızda iqtisadi inkişaf

 

Xalqımızın iftixar salnaməsi olan 44 günlük müharibədən sonra bərəkətli, münbit torpaqlarımız işğaldan azad edildi. Uzun illər Ermənistan işğal edilmiş torpaqlarımızdan vəhşicəsinə istifadə edərək, özünün kənd təsərrüfatı mallarına olan tələbatının bir hissəsini ödəyirdi ərzaq təminatını həyata keçirirdi. Artıq o ağrılı-acılı günlər arxada qalmışdır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda quruculuq abadlıq işləri sürətlə həyata keçirilir. Əkinə yararlı torpaqlarımız minalardan təmizlənir. Təsəvvür edirsiniz ki, gələcəkdə yüz minlərlə hektar sahəsi olan torpaqlarımızdan bol məhsullar əldə olunacaq. Ölkəmiz kənd təsərrüfatı məhsullarının xaricdən idxalını azaldacaq. Bu da ölkə iqtisadiyyatının neftdən asılılığının qarşısını alacaq dövlət büdcəsinə əlavə vəsait daxil olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu yaxınlarda yerli televiziyalara verdiyi müsahibə zamanı ölkənin neft gəlirlərindən asılılığını azaltmaq üçün kənd təsərrüfatının inkişafını xüsusi qeyd elədi. Xüsusilə azad olunmuş torpaqlarda yenidən inkişaf yollarını göstərdi. Onu da qeyd edim ki, prezident öz çıxışı zamanı kənd təsərrüfatının inkişaf yollarını elə bir elmi surətdə izah etdi ki, adam istər-istəməz düşünür ki, görəsən ölkə başçısı bütün sahələrdən ətraflı bilgiyə sahib olduğu halda, bizim kənd təsərrüfatındakı vəziyyətimiz niyə indiyə qədər tam gücü ilə istifadə olunmur? Bildiyiniz kimi, Dağlıq Qarabağ onun ətraf rayonlarının iqtisadiyyatının əsası üzümçülük, şərabçılıq, heyvandarlıq, baramaçılıq digər kənd təsərrüfatı sahələrindən formalaşıb. Vaxtilə, yəni 1970-ci ildən sonra Füzuli, Cəbrayıl, Zəngilan rayonları əsasən heyvandarlıq, baramaçılıq, pambıqçılıq məhsullarının istehsalı üzrə formalaşmışdır. Bu rayonların əksər torpaqları şərti suvarılan torpaqlara aid idi. Ona görə əldə olunan məhsullar rentabelli deyildir 1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bu rayonlarda üzümçülüyün inkişafı üçün start verildi. Artıq demək olar ki, bu rayonlarda üzümçülüklə yanaşı, şərabçılığın da inkişafı üçün əsas stimul oldu. Üzüm sahələrdən yığılan məhsullar ilkin şərab emalı, zavodlarına təhvil verilirdi. Əldə olunmuş Texniki Təyinatlı məhsullar ikinci dəfə istehsal olunmaq üçün Rusiyanın şərab zavodlarına göndərildi nəticədə Azərbaycan büdcəsinə külli -miqdarda vəsait daxil olurdu. Təkcə o regionda Füzuli rayonu üzrə 100 min tondan çox üzüm məhsulu istehsal olunurdu.

Dağlıq Qarabağ regionunun ən məhsuldar torpağa malik Ağdam rayonunda kənd təsərrüfatının demək olar ki, əksər sahələri üzrə rekord nəticələr əldə olunurdu. Bu rayonda üzüm, barama, taxıl, pambıq istehsalı demək olar ki, rentabelli idi gəlirli sahə hesab edilirdi. Əgər Ağdam rayonunun keçmiş iqtisadi göstəricilərini yenidən bərpa etmək mümkün olacaqsa, o zaman respublikanın kənd təsərrüfatı məhsullarına olan tələbatı artıqlaması ilə yerinə yetiriləcək.

Mənə elə gəlir ki, regionların inkişaf planı üzrə köhnə üzüm plantasiyaları salınacaq. Çünki bu barədə Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Üzümçülük Şərabçılıq institutunun direktoru Vüqar Səlimov «ARB» televiziya kanalında çıxışı zamanı ətraflı danışdı. Ona görə bu gün institutunun əməkdaşları regionlarda olur, müxtəlif çeşidli üzüm sortlarının çeşidləməsini aparır, daha sərfəli, daha gərəkli üzüm tinglərini əldə edir institutun təcrübə sahəsində əkib sınaqdan keçirirlər.

Respublikamızda heyvandarlığın inkişafı üçün dağlıq zona daha məqsədəuyğun hesab edilir. Heyvandarlıq sahəsi elə bir sahədir ki, onu inkişaf etdirmək üçün geniş ərazi, yem ehtiyatı fondu tələb edilir. Hələ sosializm cəmiyyətində, yəni planlı təsərrüfat dövründə heyvandarlıq məhsulları istehsalı dövlətə ziyanla başa gəlirdi. Ona görə bu sahə ziyanla işləyən planlı təsərrüfat hesab olunurdu.

Bu forma bazar iqtisadiyyatının qanunları ilə heç cürə uzlaşmır. Əldə olunmuş kənd təsərrüfatı məhsulu sərbəst qiymətə satılmalıdır ki, bu sahə ziyanla işləməsin. Ümid etmək olar ki, gələcəkdə Qarabağ iqtisadi zonasında heyvandarlıq kifayət qədər inkişaf edəcək respublikamızın hər bir vətəndaşı təbii məhsullardan istifadə edəcək.

 Qiyam Ərşadoğlu

Demokratikmusavat.com

0.25151610374451