Bəqərə surəsinin mesajları

 

Bəqərə surəsinin nüzul ortamı, mövzu mesajları

 (əvvəli ötən saylarımızda)

 XIII YAZI

 - Allah Rəsulu axirəti imanla həyat arasında bağ/əlaqə qurur. Buyurur ki, axirətə inanan:

- qonağına yemək versin; (Əbu Davud, Ədəb, 122, 123)

- qonşusunu narahat etməsin; (Əbu Davud, Ədəb, 122, 123)

- ya xeyir danışsın, ya da sussun; (Əbu Davud, Ədəb, 122, 123)

- əsla içki olan süfrədə oturmasın; (İbn Hənbəl, I, 20)

- üç gündən çox yas tutmasın; (İbn Hənbəl, VI, 250)

- zina etməsin; (İbn Hənbəl, IV, 108)

- bölünməmiş qənimət malını satmasın; (İbn Hənbəl, IV, 108)

- Məkkədə qan tökməsin; (Buxari, Elm, 37)

- Məkkənin ağacını kəsməsin; (Buxari, Elm, 37)

- axirətə iman ədalətə imandır, ilahi ədalət mütləq təcəlli edəcək: “Qiyamət günündə bütün haqlar öz sahiblərinə geri veriləcək...”; (Tirmizi, Sifatul-qiyamə, 2)

- axirətə iman insana zaman şüuru verir;

- axirətə iman insanı saleh əməllərə yönəldir: “Ağıllı insan özünü sorğu-suala çəkən, ölümdən sonrakı həyat üçün çalışandır. Aciz insan isə öz arzularının əsiri olan, ancaq Allahdan bağışlanmasını uman insandır”; (Tirmizi, Sifatul-qiyamə, 25)

- insan oğlu qiyamət günü beş şeydən: ömrünü harada necə keçirdiyindən, cavanlığını harada necə keçirdiyindən, malını haradan qazanıb haraya xərclədiyindən, öyrəndiklərinə uyğun yaşayıb yaşamadığından hesaba çəkilmədikcə yerindən ayrıla bilməyəcək, heç bir tərəfə gedə bilməyəcək; (Tirmizi, Sifatul-qiyamə,1)

- Allah Rəsulu möminlərin ən ağıllısı kimdir sualına belə cavab vermişdir: “Ölümü çox xatırlayan ölümdən sonrakı həyatı üçün ən gözəl şəkildə hazırlıq görən insandır”; (İbn Macə, Zühd, 31)

- axirətə iman edən insan əməyinin qarşılığını alacağına əmin olar, varlığını ilahi iradəyə təslim edər, uca Allahın buyruqlarını sevə-sevə yerinə yetirər;

- axirət dünyanın ruhudur, axirətə inanmayanın dünyası / ömrü ölüdürbərəkətsizdir;

- axirəti qazanmağın iki yolu var: iman saleh əməl;

- bu dünya axirətin tarlasıdır;

- Allah Rəsulu Allaha, axirət gününə, cənnətə, cəhənnəmə, öldükdən sonra dirilməyə, hesab gününə iman edərək ölən insanın cənnətə girəcəyini müjdələyir; (İbn Hənbəl, III, 44)

- axirətə inanmayanlara şiddətli əzab hazırlanmışdır; (İsra, 17/10)

- möminin hədəfi uca Allahın rizasını qazanmaqdır, o, hər anını axirət hesabı ilə yaşayar, bu dünyada imtahanda olduğunu unutmaz, ömrünü xeyir işlərə sərf edər, bağışlamağı sevər, mərhəmətli olar, pisliyin hər növündən uzaq durar;

3) “... Namazı istiqamət üzrə qılarlar...”

Namazsözü farscadır, ərəbcəsisəlatdır, “s-l-ykökündəndir, Qurani-Kərimdə eyni kökdən olan sözlərin sayı yüz iyirmi dörddür, bu anlamları daşıyır:

a) “ibadət etmək” – “(Belə bir insan Peyğəmbərin gətirdiyini) qəbul etməmiş Haqqa yönəlməmişdi”; (Qiyamət, 75/31)

b) “namaz qılmaq” – “Onlar qeybə inanırlar, namaz qılırlar, onlara verdiyimiz mallardan Allah yolunda xərcləyirlər”; (Bəqərə, 2/3, 43, 83, 110, 177, 277; Nisa, 4/77, 101, 102, 103...)

c) “dua etmək” – “Onlardan ölmüş olan heç birinə əsla dua etmə, onun qəbri başında da durma!”; (Tövbə, 9/84)

d) “yardım etmək” – “Onların mallarından onları təmizləyəcəyin, ucaldacağın bir sədəqə al, onlara səlat et. Şübhəsiz, sənin səlatın (duan) onlara hüzur verir”; (Tövbə, 9/103)

e) “girmək” – “Hər kim bu fani dünyanı istərsə, ona, yəni (onun qərarının sonucu olaraq bizim ) dilədiyimiz kimsəyə (onun istəyinin tamamını deyil) dilədiyimiz qədərini dünyada dərhal verərik, sonra da o, qınanmış qovulmuş olaraq cəhənnəmə girər”; (İsra, 17/18)

f) “isinmək” – “... Sizə oradan bir xəbər gətirəcəyəm, ya da isinəcəyiniz bir qor gətirəcəyəm”; (Nəml, 27/7)

g) “sineqoq” / “havra” – “Əgər Allahın bəzi insanları başqaları ilə müdafiə etməsi olmasa idi, içlərində Allahın adı çox anılan monastırlar, kilsələr, sineqoqlar məscidlər yıxılardı”; (Həcc, 22/40)

Təfsir alimlərisəlata bu mənaları vermişlər:

- dua;

- ərəblər dəyənəyi atəşə tutub düzəltdikləri zamansəlləytul-əsadeyirlər. Namaz qılan kimsə ağacı atəşə tutub düzəldən insan kimi içini dışını düzəltməyə çalışır, namaz atəşi onu təmizləyir;

- davam etmək / girmək;

- əzələləri hərəkət etdirmək;

Səlat (namaz) içində dua, rəhmət, bağışlanma, uca Allaha, Onun Rəsuluna gözəl öygü, qiraət, qiyam, rüku, səcdə olan bir ibadət biçimidir.

Qurani-Kərimə görə, səlat sözünün bu anlamları var:

- dua; (Tövbə, 9/103)

- bağışlama; (Əhazab, 33/56)

- ibadət; (Maun, 107/4)

- rəhmət; (Əhzab, 33/43)

- özəl ibadət; (Bəqərə, 2/177)

- ibadətxana; (Həcc, 22/40)

- dəstək; (Taha, 20/14; Əhzab, 33/43, 56; Maidə, 5/12)

- din dindarlıq; (Maidə, 5/58)

- dəvət; (Hud, 11/87; Maidə, 5/106)

- qulluq; (Loğman, 31/31)

- yaradılış məqsədinə uyğun hərəkət; (Nur, 24/41)

Namazda təmizlik var, bu, fiziki mənəvi təmizlikdir, namazda qiblə var, qiblə ümmətin birliyinin simvoludur, namazda niyyət var, niyyət gördüyün işin məna məqsədini anlamaqdır, namazda başlanğıc təkbiri var, O, tək böyükdür, şəriki yoxdur, ibadət itaətə layiq tək ilahdır, namazda qiyam var, qiyam uca Allaha sayğının simvoludur, mən sənin əsgərinəm mesajıdır, namazda qiraət var, qiraətdə Qurani-Kərim namaza daşınır, bədən (ibadətin biçimi) ruha (vəhyə) qovuşur, namazda rüku (əyilmə) var, rüku təslimiyyəti ifadə edir, namazda səcdə var, səcdə təslimiyyətin zirvəsidir, namazda qadə (oturma) var, dua məqamıdır, namazda salam var, salam namazda uca Allaha yolçuluğun sonuna işarə edir.

Namaz (səlat) onurğa sütunudur, onurğa insanın bədənini dik tutduğu kimi, namaz da ruhunu dik tutur.

Namaz (səlat) insanlıqla yaşıddır (fərqli biçimləri ola bilər): öncəki vəhyin mənsublarına da əmr edilmişdir, (Beyyinə, 98/5) namaz bütün elçilərə əmr edilmişdir (Ənbiya, 21/73), hz.İsmail ev xalqına namazı əmr etmişdir (Məryəm, 19/55), namaz İsrail oğullarından alınan beş sözdən biridir (Bəqərə, 2/83), hz.Musaya tövhiddən sonra namaz əmr edilmişdir (Taha, 20/14), Loğman oğluna namazı tövsiyə etmişdir (Loğman, 31/17), hz.İsaya əmr edilən iki ölçüdən (buyruq) biri namazdır (Məryəm, 19/31).

Qurani-Kərimə görə, müşriklər səlatın (namazın) məna məqsədini pozmuş, onu oyun əyləncəyə çevirmişlər (Ənfal, 8/35).

Böyük İslam alimi Mustafa İslamoğlu yazır ki, səlat quldan Allaha dua, Allahdan qula icabətdir, səlat iman ailəsinə mənsubiyyətdir, səlat təqva sahiblərinin özəlliyidir, səlat dəstəkdir, namaz qılınanda (iqamə ediləndə, haqqı veriləndə) dəyərlidir, səlat davamlı qulluqdur, səlat dəvətdir, səlat kəffarətdir, namaz uca Allahla söhbətdir, namaz yaradılış məqsədini bilməkdir, səlat arınmaqdır, səlat ibadətlər məcmuəsidir, o, toplayır: içində ibadətləri toplayırtəkbir, tərtil, qiyam, ibadət, dua, təsbih, zikir, qiraət, rüku, səcdə, şükür, namaz möminləri toplayır, möminləri bir məkanda toplayır, dağılmış həyatı toplayır, zamanı toplayır; (Kurani-hayat dergisi, sayı, 10, s. 3-17)

Uca Allah Maun surəsində namazla həyatın arasını ayıranları, məqsədi olmayan namazı tənqid edir, buyurur ki, onların ibadəti olmaz olsun, çünki onlar:

- ibadətin həqiqi məqsədindən xəbərsizdirlər;

- ibadəti göstəriş üçün edirlər;

- yetimə xor baxırlar;

- yoxsulu doyurmağa təşviq etmirlər;

- ən kiçik yardımı belə əsirgəyirlər, mane olurlar;

- dini yalan sayırlar; (Maun, 107/1-6)

Uca Allah namazı iqamə edin buyurur, bu yolla namazı öyür, təşviq edir. Şatibi deyir ki, iqamə davamlılığı nəzərdə tutur (Əl-Muvafaqat, II, s. 242).

Namazı istiqamət üzrə qılmaq bu anlamları əhatə edir:

- niyyətin doğru olacaq, namazın məna məqsədini qavrayacaqsan;

- namazın zahiri şərtlərini əksiksiz yerinə yetirəcəksən;

- istiqamət üzrə qılmaq tövhid inancının tələbidir;

- namazı uca Allaha xas qılacaqsan;

- namazla sosial həyat arasında bağ quracaqsan;

- namazın haqqını verərək qılacaqsan;

- namaza qeyri-ciddi münasibət uca Allaha, Onun dininə, Özünə qeyri-ciddi yanaşmaqdır;

- məqsədini gerçəkləşdirməyən ibadət anlamını itirər;

- fərzlərinə əməl edəcəksən;

- huşu-tam təslimiyyətlə qılacaqsan;

- vaxtında qılacaqsan;

- davamlı qılacaqsan;

- haqqı verilərək qılınan namaz insanı pisliklərdən qoruyar;

- namaz güc qaynağıdır;

- namaz ruzidir;

- ibadət ancaq uca Allahadır, yalnız Ona qulluq etməklə şirkdən qurtulub azadlığa qovuşmaq olar;

- diqqətli davamlı olacaqsan;

- qaydasına uyğun olacaq, yəni fərzləri, tilavəti, üsulu, ədəbi, vaxtı, davamlılığı yerində olacaq;

- Abdulla bin Abbas deyir ki, namazı istiqaməti üzrə qılmaq onu bütün şərtlərini yerinə yetirərək, mükəmməl qılmaq, özünü tamamilə namaza verməkdir.

- Mövdudi deyir ki, namazı iqamə etmək onu camaatla qılmaqdır;

- namazla həyat arasındakı bağı qırma, göstəriş üçün qılma, ibadətini uca Allaha həsr et, həyatını uca Allah üçün yaşa;

Təbəri yazır ki, namaz sözünün lüğəvi mənası duadır. Namazın dua anlamına gələn sözlə ifadə edilməsinin səbəbi var: “Dua edən duası ilə Rəbbindən diləklərinin qarşılanmasını istədiyi kimi, namaz qılan da ibadəti ilə Rəbbindən arzularının qəbul etməsini istəyir” (Taberi, Tefsir, c.I, s. 113).

İmam Maturidi yazır ki, namazı istiqamətlə qılmağın anlamlarından biri budur: “Namazı rükularını, səcdələrini tam mənası ilə yerinə yetirmək surəti ilə, ayrıca hüzuri-ilahiyyəyə yönəlik ürpərti, təslimiyyət, bir niyyətdəki səmimiyyətlə qılarlar” (Maturidi, Tevilatul-Kuran, c.I, s. 60);

Namaz imandakı səmimiyyətin ölçüsü, dəlilidir. Ayədə Qurani-Kərimdən yararlanmağın dörd şərti açıqlanmışdır: təqvalı olmaq, qeybə iman etmək, namaz qılmaq, infaq etmək. Uca Allah bu şərtlər sırasında imanla infaq arasına namazı yerləşdirmişdir, namaz bir yönü ilə uca Allaha, o biri yönü ilə həyata bağlıdır, namaz körpüdür.

Allah Rəsulu namazla bağlı bu ölçüləri qoymuşdur:

- ən fəzilətli əməl vaxtında qılınan namazdır; (Buxari, Tövhid, 48)

- hesab günündə qulun əvvəlcə hesaba çəkiləcəyi şey namazdır; (Nəsai, Müharrəbə, 2)

- cənnətin açarı namazdır; (Tirmizi, Təharət, 1)

- “Rükularına, səcdələrinə, dəstəmazlarına, vaxtlarına riayət edərək beş vaxt namazı qılmağa davam edən, bu beş vaxt namazın Allah dərgahından gələn haqq bir əmr olduğunu qəbul edən cənnətə girər”; (İbn Hənbəl, IV, 266)

- uca Allah elçisinə belə deməyi əmr edir: “De ki, mənim namazım da, ibadətim , həyatım ölümüm aləmlərin Rəbbi Allah üçündür!” (Ənam, 6/162)

- namaz insanın ruhunu təmizləyir;

- namaz insanla küfür, şirk arasında qalxandır; (Tirmizi, İman, 9)

- yer üzü məsciddir; (Buxari, Səlat, 56)

- namazı Allah Rəsuluna Cəbrail öyrətmişdir; (Buxari, Bədul-xəlq, 6)

- namazın açarı təmizlik, başlanğıcı təkbir, sonu isə salamdır; (Əbu Davud, Təharət, 31)

- kim sübh namazını qılarsa, Allah onu qoruyar; (Müslim, Məsacid, 262)

- namaz dinin dirəyidir; (Tirmizi, İman, 8)

- namaz möminin meracıdır;

- namaz Allah Rəsulunun gözünün nurudur;

- namaz onu davamlı qılan üçün qiyamət günü nur, dəlil, qurtuluş səbəbi olar. Namaz qılmağa davam etməyənin isə qiyamət günü nuru, dəlili, qurtuluşu olmayacaq”; (İbn Hənbəl, II, 169)

- fərz namazının vaxtını (bilərək) ötürən ailəsini, mal-mülkünü itirmiş kimidir; (İbn Hənbəl, V, 429)

 Ardı var...

 Sıracəddin Hacı

 Demokratikmusavat.com

0.14549899101257