“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini İsmayılov Fuad Faiq oğlu dövlət qulluğuna dəvət olunması ilə əlaqədar 14.01.2022-ci il tarixində öz istəyi ilə vəzifəsindən ayrılıb.
Bu barədə Demokratikmusavat.com a Şirkətdən məlumat verilib.
Qeyd edilib ki, o, 2012-ci ildən “Atəşgah” Sığorta Şirkətində müxtəlif vəzifələr - daxili auditor, Biznesə dəstək şöbəsinin müdiri, son 6 ildə isə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədr müavini vəzifəsini tutmuşdur.
Peşəkar fəaliyyəti dövründə vəzifələrini layiqincə yerinə yetirmiş, ”Atəşgah” Sığorta Şirkətinin nailiyyətlərinə əhəmiyyətli qatqıları olmuşdur.