İngiltərədə inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

 

Demokratikmusavat.com xəbər verir ki, Böyük Britaniyada inflyasiya 2021-ci ilin dekabrında 5,4%-ə çatıb ki, bu da 1992-ci ildən bəri ən yüksək göstəricidir.

Bu barədə ölkənin Milli Statistika Xidmətinin məlumatında deyilir.

Məlumata görə, İstehlak Qiymətləri İndeksi (CPI) 2021-ci ilin dekabrına qədər 12 ayda 5,4% artıb. Bu, infliyasiyanın 7,1% səviyyəsində dayandığı 1992-ci ilin martından bəri ən yüksək göstəricidir.

Ən çox mənzil və kommunal xidmətlər bahalaşıb ki, bunun da əsas səbəbi qazın və işığın bahalaşması olub.

Nəqliyyat, qida, alkoqolsuz içkilər, restoranlar, mehmanxanalar, mebel, geyim və ayaqqabı qiymətləri də bahalaşıb.
Akif Nəsirli

0.19100594520569