Qazaxıstanın xarici işlər naziri Nazarbayevin iğtişaşlarda əli olduğuna inanmır.
“Demokratikmusavat.com ” “ria.ru”ya istinadən xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Nazarbayevin ölkədə baş verən iğtişaşlarda əlinin olub-olmamasına münasibət bildirib. O bildirib ki, eks-prezident Nursultan Nazarbayevin və onun qohumlarının ölkədəki iğtişaşlarda əli olduğunu düşünmür.
Bununla belə, Tileuberdi əlavə edib ki, Nazarbayevin iğtişaşlarda əli olub-olmadığını istintaqın araşdırması göstərəcək.
Mürtəza
Demokratikmusavat.com