"Saakaşvili ilə bağlı verdiyimiz tövsiyələrə əməl edilmir"

 

"Mixail Saakaşvilinin müalicəsində heç bir ciddi dəyişiklik yoxdur, tövsiyələrimizə əməl edilmir"

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi Nino Lomcariyanın yaratdığı "Həkimlər Şurası"nın yekun hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, "Həkimlər Şurası" Saakaşvili ilə 3 dəfə, noyabrın 23, dekabrın 12 və yanvarın 11-də görüşüblər. Onların fikrincə sabiq prezidentin səhhətində heç bir ciddi dəyişiklik qeydə alınmayıb:

"Müalicə metodologiyası ilə bağlı ciddi dəyişiklik edilməyib, əsasən dərman üsulu ilə müalicə davam etdirilir. Psixoloji və fiziki reabilitasiyanın zəruriliyi ilə bağlı noyabrın sonunda verdiyimiz tövsiyələr hələ də yerinə yetirilməyib. Həm müalicə metodologiyası, həm də xəstənin sağlamlıq vəziyyəti baxımından vəziyyət dəyişməyib. Hər üç ziyarətimizdə müalicə yanaşmaları baxımından ciddi dəyişikliklərin olmadığını gördüyümüz üçün yenidən ziyarət etmək fikrində deyilik",- deyə Lomcariya bildirib.
Akif Nəsirli

0.21637892723083