Keçmiş girov aclıq aksiyasına qərar verdi

 

Demokratikmusavat.com xəbər verir ki, Barri Rosen İran zindanlarında saxlanılan girovların azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlamaq üçün Vyanaya gedib.

Amerikanın İranda girov götürülmüş keçmiş səfirlik işçisi Barri Rosen Vyanada nüvə danışıqlarının davam etdiyi bir vaxtda İran hökumətinin zindanda girov saxladığı Amerika və ikili vətəndaşlığı olan məhbusların azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlamaq üçün bu ölkəyə səfər edib.

O, Kennedi adına Nyu-York Beynəlxalq Hava Limanından videomüraciətində hazırda İranda 20-dən çox Amerika və ikili vətəndaşlığı olan şəxslərin zindanlarda saxlandığını vurğulayaraq deyib: "Aclıq aksiyası keçirərək Amerika və onun müttəfiqlərini bütün girovların azadlığa buraxılması üçün İrana təzyiq göstərməyə çağıracağam".

O, 77 yaşında neçə gün aclıq aksiyasına tab gətirə biləcəyinə əmin olmadığını bildirərək əlavə edib: "İranda girov olmağı və bundan qaynaqlanan psixoloji basqıları təcrübə edən insanları müdafiə etmək istəyirəm".

Rosen daha öncə "Fox News"a açıqlamasında qeyd edib: "Mənim mesajım çox açıqdır. Bütün girovlar azad olunana qədər heç bir müzakirə aparılmamalı və İran hökuməti girovları azad etməyənə qədər mən onlara inanmıram".
Akif Nəsirli

0.14636707305908