Burnu ilə kitab yazan Ərdoğanla görüşüb

 

Demokratikmusavat.com xəbər verir ki, burnu ilə yazdığı kitabla gündəmə gələn Aydınlı yazıçı Mustafa Erol prezident Ərdoğanla görüşüb: “Qətiyyəti ilə bütün Türkiyəyə örnək olan Aydınlı əlil yazıçı Mustafa Erol serebral iflic xəstəliyindən əl-ayağını istifadə etmədiyi üçün burnu ilə yazdığı kitabla gündəmə gəlib.
Bütün məktəbləri xaricdən bitirən, 2 universitetdə təhsil alan və hazırda magistr təhsili alan Erolun ən böyük arzusu prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək olub.
Mustafa Erolun hekayəsindən çox təsirlənən prezident Ərdoğan 2015-ci ildə Mustafaya zəng edərək onu təbrik edib. Ötən müddətdə prezidentlə bir neçə dəfə telefonla danışan  Erol həftə sonu Aydına gələn prezident Ərdoğanla görüşüb.
Yazıçı “Ən böyük arzumu həyata keçirdim. İndi ikinci arzum doktorluq dərəcəsi almaqdır” deyib”.
Nigar

0.18451404571533