Bakıda hasara alınan ərazidə nə tikilir? - AÇIQLAMA

 

Bakı şəhəri Xətai rayonunun “Ukrayna dairəsi” yaxınlığında yol kənarında yerləşən meşəlik ərazi hasara alınıb.

Demokratikmusavat.comın məlumatına görə, bu barədə sosial şəbəkələrdə fotoşəkillər paylaşılıb.

Sözügedən ərazidə hansı obyektin tikiləcəyi isə maraq doğurub. 

Xətai Rayon İcra Hakimiyyətindən Demokratikmusavat.comın sorğusuna cavab olaraq bildirildi ki, meşəlik ərazinin hasara alınmasının səbəbi parkın genişləndirilməsidir.

Qeyd edək ki, həmin ərazinin yaxınlığında Heydər Əliyev parkı mövcuddur.

 

0.1582088470459