Paralel.az " ..."> Paralel.az " ...">

Türkiyədə güclü partlayış - yanğın başlayıb - VİDEO

 

ürkiyənin Qəhramanmaraş şəhərinin Pazarcıq rayonunda neft boru kəmərində partlayış baş verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, partlayışdan sonra güclü yanğın başlayıb. Qəhrəmanmaraş-Qaziantep avtomobil yolu nəqliyyata bağlanıb.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

Yanğınla əlaqədar əraziyə çox sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Pazarcığın bələdiyyə sədri İbrahim Yılmazcan açıqlamasında hava şəraitinin yanğının söndürülməsində çətinliklər yaratdığını bildirib:

"Hadisənin baş verdiyi yer rayonumuzdan 17-18 kilometr aralıdadır. Bütün komandalarımız ərazidədir. Vəziyyətə nəzarət edirik, lakin aldığımız ilk məlumata görə, yanğının səhərə qədər davam edəcəyi gözlənilir".

0.27900195121765