Yaxın iki ayda Türkiyə təkmilləşdirilmiş Hürjet döyüş təyyarəsini təqdim edəcək. 2025-ci ildən sonra "Turkish Aerospace Industries" (TAI) ayda iki təyyarə istehsal etməyi planlaşdırır.

Demokratikmusavat.com ” “Daily Sabah”a istinadən  xəbər verir ki, yeni təyyarənin buraxılması ilə bağlı planları TAİ rəhbəri Temel Kotil açıqlayıb.

TAİ rəhbəri qeyd edib ki, şirkət ilkin olaraq uçuş sınaqları zamanı istifadə olunacaq dörd prototip hazırlayacaq. Türkiyədə kütləvi istehsalın ilk mərhələsində ildə 7 ədəd Hürjet, 2025-ci ildən sonra isə ayda iki təyyarə istehsal etməyi planlaşdırır.