Saxta diplomla işləyənlər barədə nə vaxt tədbir görüləcək?

 

 

Göyçay şəhəri, İ.Göyçaylı küçəsi, dalan 4, ev 10-un sakini Hüseynov Anar Rafiq oğlu tərəfindən sayta müraciət daxil olub.

Redaksiyamıza gələn şikayət məktubunda  bildirilir ki,Yusifov Oruc Eyvaz oğlunun saxta diplomla müəllim işləməsi subut olunub, ancaq hələ də tədbir görülmür.

Anar Hüseynovun yazdığına görə bu faktı Əmək Müfəttişliyinin ona göndərdiyi cavab məktubunda da təsdiq edib.Buna baxmayaraq nə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva, nə də ki, Təhsil Nazirliyi bu barədə heç bir qanunu tədbir görmək istəmir.Belə ki, Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbində tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlunun saxta diplomla işə qəbul edilməsi barədə müxtəlif vaxtlarda bir neçə orqanlara şikayət ərizələri ilə müraciətlər edib. Şikayətçinin yazdıqlarından:

"Ərizəmə cavab olaraq Əmək Müfəttişliyi araşdırma apardı və mənə 05 noyabr 2021-ci il tarixdə göndərdiyi cavab məktubunda qeyd edildi ki, "Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbinin tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmayıb.Lakin nədənsə Təhsil Nazirliyinin əmrinə əsasən Oruc Yusifov digər bəzi saxta diplomlu müəllimlər kimi 6 saat dərs yükü verilməklə müəllim kimi saxlanılıb.Bundan sonra Təhsil naziri Emin Əmirullayevə şikayət ərizəsi ilə müraciətlər edib tədbir görülməsini istəsəm də  heç bir tədbir görülmədi.Çünki Oruc Yusifovu Ağdaç rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva himayə edir.Bu nə biabırçılqdır ki, saxta diplomlu şəxs orta məktəbdə müəllim işləyir.Hərçənd ki, bu fakt hamıya məlumdur.Bu şagirdlərin təhsilinə, savadına çox pis təsir edəcək bir amildir.Həmçinin qeyd edim ki, Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbində tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu elementar biliyə belə malik deyil.Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və  Təhsil naziri cənab Emin Əmirullayevə müraciət edirəm.Onlardan xahiş edirəm ki,gələcəyimizin məhv olmasının, savadsız qalmasının qarşısını alsınlar,saxta diplomlu şəxsin məktəbdən xaric edilməsinə göstəriş versinlər.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün sayt Ağdaş rayon Təhsil Şöbəsinin elektron poçtuna sorğu göndərib.Bir aya yaxın vaxt keçməsinə baxmayaraq, məsələyə münasibət bildirilməyib.

 

0.14197707176208