ABŞ-Rusiya danışıqları Avropanın xoşuna gəlməyib

 

NATO-nun bəzi üzvləri amerikalı diplomatların rusiyalı həmkarları ilə danışıqlarda irəli sürdüyü ideyalardan narazı qalıblar.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” məlumat yayıb.

Məqalənin müəllifi olan Ceyms Marson bildirib ki, Avropa dövlətlərinin rəyi nəzərə alınmadan Qərblə Rusiyanı barışdırmaq üçün qarşılıqlı addımların müzakirəsi müttəfiqlərin xoşuna gəlməyib.

0.18116116523743