Paralel.az " xəbər verir ki, Liqa 1 təmsilçisi FIFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu a ..."> Paralel.az " xəbər verir ki, Liqa 1 təmsilçisi FIFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu a ...">

"Qarabağ"ın rəqibi məhkəməyə müraciət edib

 

Demokratikmusavat.com xəbər verir ki, Liqa 1 təmsilçisi FIFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu addımı atıb.

Xorxe Sampaolinin baş məşqçi olduğu komanda seneqallı yarımmüdafiəçi Pap Quyenin transferindəki qayda pozuntusuna görə bu cəzaya məruz qalıb. 23 yaşlı oyunçu 2020-ci ilin yayında İngiltərə "Uotford"undan "Marsel"ə keçib.

Fransa təmsilçisi ilə yanaşı, Premyer Liqa klubu da CAS-a üz tutub. "Uotford" sabiq futbolçusuna görə qarşı tərəfdən 10 milyon avro təzminat tələb edir. Məsələ qısa zamanda öz həllini tapmasa, "Marsel" qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Həmçinin afrikalı yarımmüdafiəçi isə ən azı bu ilin yayınadək rəsmi matçlarda meydana çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu isə fevralın 24-də evdə keçirəcək.

0.18212389945984