Türkiyə hərbi bazasına raket hücumu - artilleriya atəş açdı

 

Türkiyə ordusunun İraqın Neynəva vilayətində yerləşən hərbi bazası raket hücumuna məruz qalıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İraq KİV-i məlumat yayıb.

Məlumata görə, Mosul şəhərinin şimal-şərqində Türkiyənin Zlikan hərbi bazası ərazisində üç raket partlayıb. Vilayətin güc strukturlarının nümayəndəsinin qeyd etdiyi kimi, türk əsgərlərindən heç biri xəsarət almayıb. Hücum yalnız maddi zərərlə nəticələnib.

Türkiyə artilleriyası raketlərin atıldığı iddia edilən əraziyə atəş açıb.

Hələlik heç bir qrup və ya təşkilat bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

0.14178609848022