Futzal üzrə Azərbaycan yığmasının yekun heyəti açıqlandı

 

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.

Demokratikmusavat.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

0.18557286262512