Özbəkistan Qazaxıstanla sərhədlərini bağlayıb

 

Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Özbəkistan XİN sərhədlərin Omicron ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

İki ölkə arasında aviaəlaqələr davam edir.

Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.

Quru sərhədini isə vətənlərinə dönən Özbəkistan və Qazaxıstan vətəndaşları, hökumətlərarası feldyeger xidməti əməkdaşları, beynəlxalq yükdaşımaları həyata keçirənlər, rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və onların ailə üzvləri, Özbəkistanın Qazaxıstanda və Qazaxıstanın Özbəkistanda yerləşən obyektlərinə xidmət edən heyətin üzvləri, investisiya layihələrində iştirak edənlər, Özbəkistanda daimi yaşayan Qazaxıstan və Qazaxıstanda daimi yaşayan Özbəkistan vətəndaşları, ağır xəstələrin və dəfn edilənlərin yaxın qohumları, ölənlərin meyitlərini müşahidə edənlər keçə biləcəklər.

0.17846703529358